Elman Rüstəmov 700 milyon manat vəsaiti haraya xərcləyib? — İDDİA
Elman Rüstəmovun girovsuz kredit götürdüyü iddia edilir.
İddiaya görə, Mərkəzi Bankın rəhbəri birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub və bu vəsaiti Bank Respublikadan, Beynəlxalq bankdan və digər banklardan götürüb.
İqtisadçı ekspert Natiq Cəfərli bu iddia ilə bağlı fikirlərini bizimlə bölüşüb:
"İnanmıram ki, Elman Rüstəmov birbaşa öz adı ilə bu əməliyyatı həyata keçirib. Çox güman ki, şirkətlər və öz adının hallanmadığı ona yaxın adamlar vasitəsi ilə bu pullar əldə edilib. Bu sistem Azərbaycanda çox populyardır. Əgər məlumat həqiqəti əks etdirirsə, məhz bu sistemlə həyata keçirilib.
Bundan əlavə, Beynəlxalq bankla bağlı baş verən problemlər onu göstərdi ki, təqribən ölkə daxilindən 10 milyard vəsait kredit müqavilələri ilə müxtəlif şəxslərə və şirkətlərə verilib və bunun geri qayıtması mümkün olmadı. Dövlət təqribən 10 milyarda yaxın krediti Beynəlxalq bankdan silib, onu digər kredit təşkilatına ötürməklə, obrazlı desək, onları basdırıb. Vəsaitin geri qayıtması mümkün deyil. Təbii ki, devalvasiyalardan öncə böyük məbləğlərdə kredit müqavilələrinin bağlanması və girov qoyulmadan bu tipli kredit müqavilələri vasitəsi ilə milyardlarla vəsaitin kredit şəklində götürülməsi və bunun bir hissəsinin ölkədən çıxarılması, devalvasiya zamanı da ölkədəki bank sektorunun çöküşünə ciddi təsir göstərdi".
Ələ keçirilən pulların ölkədən çıxışı məsələsinə gəldikdə isə Natiq Cəfərli bildirdi ki, əlimizdə faktlar olmasa da, bu məsələnin dolayı təsdiqi var:
"Mərkəzi Bankın devalvasiyalardan öncə 15 milyarda yaxın valyuta ehtiyatı var idi. 1 il, 1 il yarıma yaxın müddət ərzində 11 milyarda yaxın vəsait itirdi. Bu sadə vətəndaşların aldığı dollar deyil. 10 milyard sərbəst vəsait yox idi ki, onu alsınlar. Çox güman ki, kredit müqavilələri bağlanarkən manatla götürülən kreditin böyük bir hissəsi sonradan dollara çevrilərək ölkədən çıxarılıb ki, bu da indiki bank sektorunun acınacaqlı və ağır durumda olmasına səbəb olub".
Ölkə.Az

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var