SON DƏQİQƏ
XalqXeber.Az » General-leytenant Oruc Zalov təqaüdə göndərildi - ÖZƏL

General-leytenant Oruc Zalov təqaüdə göndərildi - ÖZƏL

Tarix:

17-12-2022, 13:42

/ 318 dəfə oxundu.
General-leytenant Oruc Zalov təqaüdə göndərildi - ÖZƏL

 
Daxili işlər nazirinin müavini təqaüdə göndərilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, nazir müavini, polis general-leytenantı Oruc Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, O.Zalov 1979-cu ildən daxili işlər orqanlarında xidmət edir. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunub.

Xatırladaq ki, 2022-ci il dekabrın 8-də ölkə başçısının sərəncamı ilə, Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şərhlər

XƏBƏR LENTİ