SON DƏQİQƏ
XalqXeber.Az » “Çırpınırdı Qara dəniz” mahnısı Ərdoğan üçün yenidən hazırlandı - Video

“Çırpınırdı Qara dəniz” mahnısı Ərdoğan üçün yenidən hazırlandı - Video

Tarix:

2-12-2022, 16:30

/ 176 dəfə oxundu.
“Çırpınırdı Qara dəniz” mahnısı Ərdoğan üçün yenidən hazırlandı - Video

 
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbul üzrə Nümayəndəliyi “Çırpınırdı Qara dəniz” mahnısını ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün yenidən hazırlayıb.

Xalqxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, musiqisi Üzeyir Hacıbəyova, sözləri isə Əhməd Cavada məxsus olan mahnının mətni dəyişdirilərək “Senden Vazgeçmeyiz” adı verilib. 

Sözügedən klipi isə partiyanın İstanbul üzrə Nümayəndəliyinin rəhbəri Osman Nuri Kabaktepe öz sosial media hesabında paylaşıb. 

Klipdə Ərdoğanın Prezident İlham Əliyevlə görüşündən də görüntü yer alıb. Mahnı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Türkiyədə 2023-cü ilin iyun ayında növbəti prezident seçkiləri keçiriləcək.

Şərhlər

XƏBƏR LENTİ