SON DƏQİQƏ
XalqXeber.Az » Rəşad Dağlı narkotik müayinəsindən keçirildi - YENİLƏNİB (VİDEO)

Rəşad Dağlı narkotik müayinəsindən keçirildi - YENİLƏNİB (VİDEO)

Tarix:

10-11-2022, 14:40

/ 437 dəfə oxundu.
Rəşad Dağlı narkotik müayinəsindən keçirildi - YENİLƏNİB (VİDEO)

Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı Bakı Narkoloji Mərkəzində narkotik müayinəsindən keçirilib.

Xalqxeber.az apa-ya istinadən xəbər verir ki, müayinədən sonra meyxanaçı cinayət baş verən yerə aparılıb.

***

11:56

Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib.

Hazırda Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılır.

Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) kimi tanınan məşhur meyxanaçı ötən gün qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

Şərhlər

XƏBƏR LENTİ