SON DƏQİQƏ
XalqXeber.Az » Prezidentlər “Dost Aqropark” kompleksinin açılışında

Prezidentlər “Dost Aqropark” kompleksinin açılışında

Tarix:

20-10-2022, 16:31

/ 389 dəfə oxundu.
Prezidentlər “Dost Aqropark” kompleksinin açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Dövlət başçılarına kompleks barədə məlumat verildi.

Sonra konsert proqramı təqdim olundu.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış etdilər.

Sonra dövlət başçıları “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını bildirən lenti kəsdilər.

Şərhlər

XƏBƏR LENTİ