SON DƏQİQƏ
XalqXeber.Az » Ukrayna prezidenti Zelenski QƏZAYA UĞRADI

Ukrayna prezidenti Zelenski QƏZAYA UĞRADI

Tarix:

15-09-2022, 08:15

/ 407 dəfə oxundu.
Ukrayna prezidenti Zelenski QƏZAYA UĞRADI

 
Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə qəzaya uğrayıb. 

Bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumat verib. 

Onun sözlərinə görə, prezidentin maşını digər avtomobillə toqquşub.

"Dövlət başçısını müşayiət edən həkimlər prezident avtomobilinin sürücüsünə təcili tibbi yardım göstərib və onu təcili tibbi yardım maşınına təhvil veriblər", - Nikiforov bildirib.

Onun sözlərinə görə, prezident həkim müayinəsindən keçib, ciddi xəsarət aşkarlanmayıb: "Qəzanın bütün halları hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılacaq".

Şərhlər

XƏBƏR LENTİ