SON DƏQİQƏ
XalqXeber.Az » Təsadüfən vəzifəyə gətirilənlərin çoxu əvvəl-axır poçtalyon işləməyə layiq olacaq -DEPUTAT

Təsadüfən vəzifəyə gətirilənlərin çoxu əvvəl-axır poçtalyon işləməyə layiq olacaq -DEPUTAT

Tarix:

24-08-2021, 22:16

/ 501 dəfə oxundu.
Təsadüfən vəzifəyə gətirilənlərin çoxu əvvəl-axır poçtalyon işləməyə layiq olacaq -DEPUTAT

Milli Məclisin deputatı Fazil Mustafa özünün sosial şəbəkə hesabında maraqlı qeydlər yazıb.

Xalqxeber.az deputatın həmin qeydlərini təqdim edir:
 
“Təsadüfən vəzifəyə gətirilənlərin çoxu əvvəl-axır poçtalyon işləməyə layiq olacaqlar. Şərq ölkəsində nazir işləyən gedib Qərbdə poçtalyon işləyirsə, bu Şərqlə Qərbin fərqini göstərən əsas cəhətdir. Azərbaycanda isə nazirlərin əksəriyyəti vəzifədən çıxandan sonra hətta aşağı vəzifədə çalışmağı belə özünə həqarət sayır. Bunlar hamısı cəmiyyətimizin titula sadiq olmasının göstəricisidir. Dində də belədir. Hacı, kərbəlayi, məşədi olana qədər hamı özünü Allah qarşısında borclu bilir. Amma bu titulu alan andan çoxu özünü imtiyazlı adam kimi aparmağa başlayır. Biliyi, səviyyəsi yüksək olanlar daha çox müəyyən funksiyaları yerinə yetirmək imkanına malik olurlar. İstedadlı adam harda olmasından asılı olmayaraq, hər yerdə parlaya
caq.”

Şərhlər

XƏBƏR LENTİ