SON DƏQİQƏ
XalqXeber.Az » Elman Nəsirov "Azəriqaz"dan GİLEY ETDİ

Elman Nəsirov "Azəriqaz"dan GİLEY ETDİ

Tarix:

21-05-2021, 16:59

/ 486 dəfə oxundu.
Elman Nəsirov "Azəriqaz"dan GİLEY ETDİ

"Hazırda ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96,2%-ə çatıb. Ölkəmizin elə şəhərləri, rayonları var ki, 100% qazla təmin edilib. Təmsil olunduğum Cəlilabad rayonunda isə bu, 50% təşkil edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

E. Nəsirov bildirib ki, Cəlilabadla qonşu olan Biləsuvar rayonunda qazlaşdırma 100%-dir. “Cəlilabadda insanların, xüsusilə İranla sərhəddə olan kəndlərin ən böyük problemı qazdır”, - deyə deputat qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ