Vaşinqtonda qəzaya uğrayan təyyarənin qalıqları fevralın 3-də çaydan çıxarılacaq

ABŞ-nin Vaşinqton şəhərində qəzaya uğrayan “Bombardier CRJ700” sərnişin təyyarəsinin parçaları fevralın 3-dən Potomak çayından çıxarılmağa başlanılacaq.
Bu barədə “Report” “ABC News”a istinadən xəbər verir.
Nəşr qeyd edib ki, ABŞ ordusunun mühəndislər korpusu əvvəlcə təyyarə fraqmentlərinə diqqət yetirəcək, sonra isə “Black Hawk” helikopterinin qalıqlarının quruya qaldırılması üçün işə başlayacaq.
Fevralın 8-nə kimi çaydan böyük parçalar, bundan sonra, digər dağıntılar təmizlənəcək. İşlərin fevralın 12-dək başa çatdırılması planlaşdırılır.
Xatırladaq ki, hadisə yanvarın 30-da baş verib. Vaşinqtonda Ronald Reyqan adına hava limanı yaxınlığında “Black Hawk” hərbi helikopteri ilə Kanzasdan gələn, içərisində 64 nəfərin olduğu sərnişin təyyarəsi toqquşub. Qəza nəticəsində həlak olan 41 nəfərin meyitini tapılıb, onlardan 28-nin şəxsiyyəti müəyyən etmək mümkün olub. XalqXeber.Az

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb