
Hər nə qədər istifadəçi dostu bir platformaya sahib olsa da, yeni oyunçulara Aslan Casino-dan necə istifadə etməklə bağlı yardıma ehtiyacı ola bilər. Bonuslar, istədiyim onlayn slotlar, canlı kazino necə tapıla bilər? Dəstək xidməti ilə necə əlaqə saxlanıla bilər? Bu bələdçidə bu və bu kimi suallarınızın hamısına cavab tapacaqsınız.
Hesabınızı İdarə Etmək
Əvvəla onu qeyd edək ki, dil seçimini dəyişmək istəyirsinizsə, ana səhifənin üst sol qismində Azərbaycan bayrağı üzərinə klikləyin və istədiyiniz dili seçin. Daha sonra ekranın sol tərəfindəki üç paralel xəttə toxunmaqla siz bütün mövcud menyuların əhatəli siyahısını görəcəksiniz.- Profil: Menyuda birinci bölmə profil bölməsidir. Hesab parametrlərini tənzimləmək üçün istifadəçi adınızın üzərinə klikləyin.
- Mənim Nailiyyətlərim: Bu bölmə Sadiqlik Proqramındakı cari səviyyənizi və növbəti səviyyəyə keçmək üçün tələb olunan tapşırıqları göstərir.
- Kassa: Depozit etmək və ya pul çıxarmaq üçün bu bölməyə getməlisiniz. Bu bölməyə, həm də veb-saytın sağ üstündəki düyməyə klikləməklə, gedə bilərsiniz.
- Lotereyalar: Saytda davam edən lotereyaları bu bölmədə tapa bilərsiniz.
- Turnirlər: Qatıla biləcəyiniz turnirlərin siyahısı üçün "Turnirlər" bölməsinə getməyiniz lazımdır.
- Promokodu daxil etmək: Əgər bir promokodunuz varsa, onu bu bölmədə aktivləşdirməlisiniz.
Digər Bölmələr və Xüsusiyyətlər
Hesabınıza lazımi tənzimləmələri verdikdən və saytla ilk tanışlıqdan sonra oynamağa başlamaq zamanıdır. Oyunları kəşf etmək üçün ana ekranda "Oyunlar" işarəsinə toxunun. İstədiyiniz oyunu tapmaq üçün siz "Slotlar", "Canlı dilerlər", "Stolüstü oyunlar" kimi müxtəlif kateqoriyalara baxa bilərsiniz. İstədiyiniz oyunun adını bilirsinizsə, axtarış bölməsində adını yazaraq və ya provayderə görə onları asanlıqla tapmaq mümkündür.Kazinonun cari bonus təkliflərini "Aksiyalar" səhifəsində tapmaq mümkündür. Yeni oyunlar, promosyonlar və hesabla bağlı məlumatlardan xəbərdar olmaq üçün mütəmadi olaraq ekranın sağındakı bildirişlər bölməsini yoxlayın. Nəhayət, hər hansı probleminiz və ya sualınız olduqda ekranın aşağısındakı “Kömək edin” düyməsinə basaraq, yardım ala bilərsiniz.