yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"WhatsApp"a çox pis xəbər

2-02-2017, 11:21 464 dəfə baxılıb
yüklənir...

"WhatsApp" yenidən məhkəməlik olub.

Dünyada ən çox istifadəçisi olan ani mesajlaşma xidmətinə qarşı iddia qaldırılıb.

İddiaya görə, milyonlarla insanın istifadə etdiyi xidmət itifadəçilərinin şəxsi məlumatlarını - telefon nömrələrini qanunsuz olaraq "Facebook"da paylaşıb. Bunun üçün şirkət Almaniya İstehlakçıları Qoruma Birliyi tərəfindən məhkəməyə verilib.

Qeyd edək ki, "WhatsApp" özü ötən il istifadəçilərin nömrələrinin "Facebook" ilə birləşdirəcəyini ictimaiyyətə açıqlamışdı.

Birliyin məlumatına görə, "WhatsApp" ötən avqust ayında istifadəçi və məlumatları qoruma maddələrini yeniləyib. Yenilənən maddələrlə isə qanunları pozub. Qurum "WhatsApp"ın bu şəxsi məlumatları istifadəçinin "Facebook" hesabı olub-olmamasına baxmadan paylaşdığını əsas gətirib və istifadəçi haqlarını qorumaq üçün iddia qaldırdıqlarını bildirib. "Hər bir istifadəçi öz şəxsi məlumatlarını istədiyi kimi istifadə etməsinə özü qərar verməlidir", - deyə iddianamədə qeyd edilib.

Bu "WhatsApp"ın şəxsi məlumatlarla bağlı qarşılaşdığı ilk problem deyil. Daha öncə də Avropa Birliyi "WhatsApp"la bağlı xəbərdarlıq edib.

Təlimatda "Whatsapp"ın istifadəçi məlumatlarının paylaşılması ilə bağlı ciddi narahatlıq yaratdığı ifadə edilib. Qeyd edilir ki, "WhatsApp"a üzv olarkən qəbul edilən istifadə qaydaları və gizlilik siyasətində boşluq var. İstifadəçilər bu sistemə qoşularkən şəxsi nömrələrin yayılmasına razı olmaları barədə razılıq verməyiblər.

Avropa Birliyi adıçəkilən şirkətdən bu məsələ ilə bağlı məlumat verilməsini istəyib. AB-nin şəxsi məlumatları qoruma qurumları gərəkli qanuni proseslər yerinə yetirilməsindən əmin olana qədər "Whatsapp"dan "Facebook" ilə istifadəçilərin mobil telefon nömrələrini paylaşmamasını istəyib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

26-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ