SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Taksi sürücüsü Bakını gəzdirmək üçün turistdən 5000 dollar aldı

Taksi sürücüsü Bakını gəzdirmək üçün turistdən 5000 dollar aldı

Tarix:

8-07-2017, 09:48

/ 118 317 dəfə oxundu.
Taksi sürücüsü Bakını gəzdirmək üçün turistdən 5000 dollar aldı

Bakıda taksi sürücüləri ABŞ-dan gələn turistdən böyük qazanc əldə edib.

Bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

Sabail rayonu 39-cu polis bölməsinə şikayətlə müraciət edən Elizabet Rouz (1970) bildirib ki, Azərbaycana istirahət etmək üçün gəlib və taksi sürücüləri tərəfindən aldadılıb. Rouzun sözlərinə görə, taksi ona həddən artıq yüksək qiymətlərlə xidmət göstərib. 22 iyun tarixində Ramin adlı taksi sürücüsü turisti Bakıda gəzdirmək adı ilə 1380 ABŞ dolları pul alıb.

23 iyun tarixində isə İlqar adlı taksi sürücüsü turistə kömək etməyə təklif edib və öz xidmətləri müqabilində 5 min dollar alıb.

Hazırda 39-cu polis bölməsinin əməkdaşları fırıldaqçıları tapmağa çalışır.

Şərhlər

XƏBƏR LENTİ