Bakıda taksi sürücüsü çinli turistə qiymət “oxudu”, qapıları bağlayıb düşməyə qoymadı - FOTO
Bakıda taksi sürücüsü “Formula-1” ərəfəsində Bakıya gələn çinli turistə kələk gəlmək istəyib. “Port Baku”dan “Abu Arena”ya qədər olan məsafə üçün turist Eason Zhangdan 15 manat ödəniş tələb olunub.
Bu barədə çinli turist özü sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, həmin məsafəni “London taksisi “ilə gedib və getdiyi yerə çatanda sürücü qapıları bağlayaraq 15 manat ödəməsini tələb edib. Ödəmədiyi təqdirdə sərnişinə taksidən çıxa bilməyəcəyini deyib.
E.Zhangın polisə zəng etmək istəməsindən qorxuya düşən sürücü qiyməti əvvəlcə 10, sonra 8 manata endirib.
Maraqlıdır ki, Çindən gəlmiş turist Azərbaycandakı taksi xidmətlərinin qiymətindən məlumatlı olub. O, statusunda qeyd edib ki, bu məsafəni “189” taksi xidməti ilə 4, maksimum 5 manata getmək olar.
Turist həmçinin “Formula-1” qran-prisinin keçirildiyi bir vaxtda sürücülərin belə özbaşınalıq etmələrini pis nümunə adlandırıb. 

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək