Kənan rejissorluğu atdı - Taksi sürücüsü işləyəcək
Rejissor Kənan M.M. taksi sürücüsü kimi fəaliyyətə başlayıb.
Axşam.az-a açıqlama verən rejissor sosial şəbəkədə bu haqda yayılan xəbərləri təsdiqləyib. O bildirib ki, buna səbəb yeni ssenarisinin Mədəniyyət Nazirliyi tərəfindən bəyənilməməsi olub:
"Hamımızı təbrik edirəm, vətənə millətə xeyirli olsun. Düz xəbərdir. İngilis və ərəb dilini bilmədiyim üçün bir az əziyyət çəkirəm, amma onu da düzəldəcəm.
Mədəniyyət Nazirliyi yenə ssenarimi bəyənmədi. Özümü Azərbaycan mədəniyyətində dəyərsiz hiss edirəm. Buna görə də bəsdir Kənan M.M. kimi yaşadım. Bir az da Kənan Mahmudov olum. Əməkdar taksi sürücüsü olacam.
Hər birinizdən xahiş edirəm, məni və ailəmi narahat etməyin. Bu həyatda hər şey insan üçündür. Bayrağımız hər zaman dalğalansın, mənim bəsimdir. Yeni mövsüm üçün günlərimi sayıram".
Qeyd edək ki, Kənan Türkiyədə "Savaşçı" serialında rol alır. O, mövsüm finalından sonra Bakıya qayıdıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək