SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bir bu qalmışdı... Cavid Qurbanov çürük vaqonlara bileti bahalaşdırdı

Bir bu qalmışdı... Cavid Qurbanov çürük vaqonlara bileti bahalaşdırdı

Tarix:

5-07-2017, 09:40

/ 61 509 dəfə oxundu.
Bir bu qalmışdı... Cavid Qurbanov çürük vaqonlara bileti bahalaşdırdı

Azərbaycan Dəmir Yolları QSC ölkədaxili istiqamətlərdə gediş haqlarını artırmağa hazırlaşır
Bu barədə QSC-nin rəsmi saytında informasiya yayılıb.
Deyilir ki, sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək məqsədi ilə, eyni zamanda gediş haqlarının tənzimlənməsi üçün 15.07.2017-ci il tarixindən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.
Bunun lori dildə açması o deməkdir ki, qatarlara gediş haqları bahalaşacaq. Əslində QSC sədri Cavid Qurbanov elektrik enerjisinin tariflərinin qalxmasından sonra bildirmişdi ki, qatarlarda da gediş haqları qalxacaq.
Bakıdan rayonlara gedib-gələn sərnişin və sürət qatarlarında kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə aid olan biletlər 20% baha olacaq.
Qiymət artımına getməklə sosial gərginlik yaradan C.Qurbanov bundan əvvəl də işsizlər ordusu yaradıb.
O, gələr-gəlməz dəmiryol xəstəxanalarını boşaldıb. Hazırda Bakı, Salyan, Gəncə, Lənkəran və başqa yerlərdə dəmiryol xəstəxanaları bağlanıb, yüzlərlə insan işsiz qalıb.
İndi də gediş haqqını artıran, Bakı dəmiryol vağzalının kosmetik təmir etməklə islahatlar apardığını zənn edən C.Qurbanov yaxşı olar ki, getdiyi Avropa dövlətlərində dəmiryollarına baxsın.
Görsün ki, qiymətlərdən əvvəl keyfiyyət yüksək olmalıdır. Hazırda Bakı dəmiryol vağzalının girişi gözəl ola bilər. Ancaq rayonlara gedən vaqonlar sınıq-salxaq, köhnə, iylənmiş, bərbad vəziyyətdədir.
Avropa isə çoxdan sürət qatarlarından istifadə edir. Arif Əsgərovun dönəmində yeyilən pullar bu sahəni bu günə qoyub, C.Qurbanov isə sadəcə əl gəzdirir. O, qiymətləri qaldırmazdan əvvəl camaatıə rayonlara daşıyan vaqonlara nəzər yetirsin.
Və ən nəhayət, 3 mindən çox həkim və tibb bacısı işsiz qalıb. Buna səbəb xəstəxananın kommunal borcunun yüksək olmasıdır. Amma Cavid Qurbanov otel tikdirə, villasına dincələ, Albalı bağında malikanə ucalda bilir.

Şərhlər

XƏBƏR LENTİ