yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bakı Zooparkına Çexiyadan maraqlı hədiyyə verilib

Bakı Zooparkına Çexiyadan maraqlı hədiyyə verilib
18-01-2017, 12:08 458 dəfə baxılıb

Bakı Zooparkına yeni cırtdan maral hədiyyə olunub.

Bu barədə Bakı Zooparkının direktoru Azər Hüseynov məlumat verib.

Onun sözlərinə görə, həmin heyvan Çexiya zooparkından hədiyyə edilib: “Bir ay əvvəl bir cüt buncak (cırtdan maral) zooparkımıza hədiyyə edilib. Bundan başqa, həmçinin zooparka 3 dekarativ keçi də verilib. Heyvanlar artıq zooparkdadır”.

A.Hüseynov bildirib ki, həmçinin zooparka 30 başa yaxın zəif qu quşu verilib. Qu quşları müalicə edilib, indi onlar sağlamdır.

Zooparkın direktoru bildirib ki, hazırda ərazidə abadlıq işləri görülür: “Artıq cırtdan maral, kenqurular və lamanın görünüşləri dəyişib. Bu istiqamətdə işlər davam etdirilir”.

Xatırladaq ki, 2009-cu ildə Belarusun Minsk zooparkı ilə imzalanan müqaviləyə əsasən, Bakı Zooparkına altı növ heyvan gətirilib. Hazırda burada 1200-dən çox quş və heyvan saxlanılır.

Bakıda zooparkın yaradılması ötən əsrin 20-ci illərinə təsadüf edir. İndiki zoopark isə 1984-cu ildə istifadəyə verilib və ərazisi 2001-ci ildən sonra genişləndirilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ