SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu kənddəkilərə qız verilmir - Oranı siz də tanıyın + Video

Bu kənddəkilərə qız verilmir - Oranı siz də tanıyın + Video

Tarix:

13-03-2017, 12:16

/ 2 976 dəfə oxundu.
Bu kənddəkilərə qız verilmir - Oranı siz də tanıyın + Video

“Kənddə cavanlara qız vermirlər. Deyirlər ki, orada şərait yoxdur”.

Bu sözləri Qubanın Yalavanc kəndinə səfərimiz zamanı kəndin ağsaqqalları deyir. Ora səfərimizdə əsas məqsəd uzun müddətdir ki, kənddən sosial problemlərlə bağlı xeyli müraciət almağımızdır. Sakinlər şikayətlərində kəndin yollarının bərbad vəziyyətindən, qaz, su və ən əsası məktəb probleminin olmasından gileylənirlər.

Odur ki, biz də Yalavanc kəndinə yola düşdük.

Yalavanc Qubanın inzibati ərazisində olsa da, sakinlər daha yaxın olduğu üçün ora Şabrandan gediş-gəlişə üstünlük verirlər. Kəndin sakinləri isə qədim alban tayfalarından olan buduqlulardır. Bakıdan Şabrana kimi taksi və avtobuslar fəaliyyət göstərsə də, rayondan Yalavanc kəndinə getmək üçün hər hansı bir ictimai nəqliyyat vasitəsi yoxdur. Kimin şəxsi maşını varsa, o da kəndə gedəcək.

Biz də Yalavanc kənd sakini Çingiz Hacıyevin köməkliyi ilə getdik. Çingiz bəy bildirdi ki, bir müddət əvvəl sakinlər kəndin yolunu öz büdcələri hesabına saldırıb, ancaq ərazidə meliorasiya işləri başladıqdan sonra həm ətrafdakı əkin sahələri, həm də yol bərbad vəziyyətə düşüb:

“Hələ siz yaxşı vaxtında gəlmisiz. Yağış yağanda bu toz tamam palçıq olur, heç kəndə maşın da işləyə bilmir. Əvvəllər bu sahələr otlaq idi, ancaq indi bu tozun örtdüyü otu heyvanlara verə bilmərik”.

“Qafqazinfo”

Şərhlər

XƏBƏR LENTİ