XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Masallıda məktəbi bağlanmış kəndin sakinləri “təzyiqlərlə üzləşdiklərini” deyirlər

Masallıda məktəbi bağlanmış kəndin sakinləri “təzyiqlərlə üzləşdiklərini” deyirlər

Masallıda məktəbi bağlanmış kəndin sakinləri “təzyiqlərlə üzləşdiklərini” deyirlər
22-11-2017, 10:20

Bir neçə ay öncə məktəbi bağlanan Masallının Kürdəbazlı kəndinin sakinləri hələ də uşaqlarını qonşu kənddə yerləşən məktəbə göndərmədiklərini və buna görə onlara təzyiqlər olduğunu deyirlər.
Bundan əvvəl dövlət orqanları Kürdəbazlı kəndinin 9 illik məktəbinin bağlanması səbəbini onun köhnə olması, kadr çatışmazlığı və məktəbdə tədrisin keyfiyyətinin aşağı olması ilə əlaqələndirib.
Sakinlər isə bu açıqlama ilə razılaşmayaraq, məktəbdə təhsilin keyfiyyətindən razı qaldıqlarını və məktəbin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Kənd sakinləri ən yaxın məktəbə gedib-gəlmək üçün şagirdlərin 6 kilometrdən çox məsafə qət etməli olduqlarını deyirlər. Onlar yolların yararsız olduğunu bildirirlər.
Masallı Rayon icra Hakimiyyəti isə iddialarla razılaşmayaraq Kürdəbazlı kənd məktəbinin qonşu kənd məktəbi ilə birləşdirildiyini və kənddə məktəbin yenidən açılmasının “mümkünsüz” olduğunu deyir.
Məktəbi bağlanmış kəndin sakinləri “təzyiqlərlə üzləşdiklərini” deyirlər
Sakinlər kəndin yollarının yararsız olduğunu deyirlər.
“Məktəb ərazisində şəxsi təsərrüfat”
Kürdəbazlı kənd sakini Səxavət Əhmədov BBC Azərbaycancaya bildirir ki, uşaqlarını dərsə göndərmədikləri üçün bəzi kənd sakinləri işdən çıxarılıb.
O iddia edir ki, Masallı rayon icra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi məktəbin həyətində şəxsi təsərrüfat qurub və ərazini öz maraqları üçün istifadə etmək istəyir.
Səxavət Əhmədovun sözlərinə görə, o, məktəbin bağlanması və icra qurumunun nümayəndəsi barəsində sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda videolar dərc etdiyinə görə təzyiqlərə məruz qalır.
“Ərazi üzrə icra nümayəndəsi onun “şərəf və ləyaqətini təhqir etməyim” iddiası ilə məhkəməyə verdi, amma məhkəmədə bunu sübut edə bilmədi”.
Əhmədov noyabr ayının əvvəlində paylaşdığı video görüntülərə görə yenidən məhkəməyə verildiyini deyir.
Məktəbi bağlanmış kəndin sakinləri “təzyiqlərlə üzləşdiklərini” deyirlər
Yayımlanmış video görüntülərdə kənd sakinləri hələ də uşaqlarını məktəbə göndərmədiklərini deyirlər və məktəbin yenidən açılması üçün ölkə prezidentindən yardım istəyirlər
Onun çəkdiyi son videoda Kürdəbazlı kənd sakinləri uşaqlarını məktəbə göndərə bilmədiklərini deyir və ölkə başçısından kömək istəyir.
Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qəşəm Hadıyev isə BBC Azərbaycancaya danışarkən təzyiq iddialarını təkzib edib.
O bildirib ki, məktəbin həyətində heç bir şəxsi iş görülmür.
“Dəfələrlə baxış keçirilib, heç bir qanunsuzluq yoxdur”, cənab Hadıyev əlavə edib.
Masallıda məktəbi bağlanmış kəndin sakinləri “təzyiqlərlə üzləşdiklərini” deyirlər
Masallıda məktəbi bağlanmış kəndin sakinləri “təzyiqlərlə üzləşdiklərini” deyirlər

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.