SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Burulğan Eldar şamını kökündən çıxarıb

Burulğan Eldar şamını kökündən çıxarıb

Tarix:

17-01-2019, 11:23

/ 854 dəfə oxundu.
Burulğan Eldar şamını kökündən çıxarıb

Bakıda axşam saatlarından başlayan külək bir neçə ağacın sınmasına səbəb olub.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu saata olan məlumata görə, paytaxtda güclü külək 6 ağaca ziyan vurub. Belə ki, 5 ağacın budağı sınıb, 1 ağac isə kökündən çıxıb.

Bakının Nizami, Sabunçu və Xətai rayonlarının hərəsində 1 ağac, Nəsimi rayonunda isə 2 ağac sınıb.

Kökündən çıxan Eldar şamı Yasamal rayonu, Şərifzadə küçəsində olub. Gecə saatlarında ağac burulğana düşərək kökündən çıxıb asfaltın üzərinə düşüb. Meriyanın əməkdaşları ağacı ərazidən götürərək yolu açıblar.

O.Məmmədov əlavə edib ki, heyət hazırda gücləndirilmiş iş rejimində çalışır.

Şərhlər

XƏBƏR LENTİ