SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mənsimovun daha bir gəmisində etiraz

Mənsimovun daha bir gəmisində etiraz

Tarix:

3-09-2018, 15:38

/ 1 431 dəfə oxundu.
Mənsimovun daha bir gəmisində etiraz

Qara dənizdə olan "Riroil 2” neftdaşıyan tankerin heyət üzvləri bir ilə yaxındır əmək haqlarını ala bilmədiklərinə görə aclıq elan edib.

Finans.az xəbər verir ki, tankerin heyəti içərisində Rusiya gəmiçiləri də olan 11-12 nəfərdən ibarətdir. Onlar 9 aydır əmək haqqı almır və limana girmək üçün yanacağa belə imkanları çatmır. Heyət üzvlərindən iki nəfəri ağır vəziyyətdədir, tibb ləvazimatları isə məhdud miqdardadır.

Qeyd edək ki, bundan əvvəl oliqarx Mübariz Mənsimovun "Palmali” şirkətlər qrupuna məxsus daha 3 gəmisinin heyəti analoji səbəblərdən aclıq aksiyasına əl atmışdı.

Şərhlər

XƏBƏR LENTİ