Mənsimovun bir tankerini əlindən alıb hərraca çıxardılar
Azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali” gəmiçilik şirkətinə məxsus tankerlərdən biri Estoniyada limana olan borcuna görə hərraca çıxarılıb
“Masallı” adlı 13 min ton tutumu olan tanker bir neçə aydır borca görə təmir üçün yan aldığı Estoniya limanlarından birində saxlanılırdı. Gəmi heyəti aylardır maaş almırdı. Tankerin satılmasına dair hərrac oktyabrın 31-nə təyin edilib.
Xatırladaq ki, Mənsimovun donanması böyük borclar üzündən batır, “Palmali”nin bir neçə tankeri Rusiya sahillərində faktiki atılmış vəziyyətdədir və heyət üzvləri aylardır maaş almadıqlarına görə dəfələrlə aclıq aksiyaları keçiriblər. “Palmali Gemiçilik” A.Ş. şirkətinin Rusiyadakı törəmə şirkəti “Palmali” MMC barədə Rostovda müflisləşmə proseduru başladılıb.
virtualaz.org

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək