"SOCAR Mübariz Mənsimovun həbs edilməsinin marağında deyil” – Rövnəq Abdullayev
""Palmali” qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə həbs edilməsinin SOCAR ilə əlaqələndirilməsi, daha əvvəl açıqladığımız kimi, tam əsassız bir yalandır".
Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin “Mgtv” kanalına açıqlamasında bildirib.
“Türkiyə Cümhuriyyətinin məhkəmə sisteminə heç bir zaman müdaxilə cəhdimiz olmayıb və bunun mümkünlüyünə də inanmırıq. SOCAR Mübariz Mənsimovun özünün həbs edilməsinin marağında deyil və onun barəsində yaxın zamanda ədalətli hökm veriləcəyinə inanır”, - SOCAR-ın prezidenti vurğulayıb.
R. Abdullayev xatırladıb ki, “Palmali” qrupu SOCAR qrupuna qarşı olan maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etdiyinə görə SOCAR 2018-ci ildə “Palmali” qrupuna qarşı Londonda və Dubayda arbitraj proseslərinə başlayıb.
Onun sözlərinə görə, proseslərin məqsədi “Palmali” qrupunun SOCAR-a və dolayısı ilə Azərbaycan dövlətinə olan yüzmilyonlarla borc öhdəliklərinin qaytarılmasıdır:
“Ümid edirik ki, Türkiyə Cümhuriyyətinin hüquq-mühafizə orqanları Mübariz Mənsimov barəsində yaxın zamanda ədalətli qərar verəcək”.
Açıqlamanı “5-ci qüvvət” proqramında kanalın aparıcısı Mustafa Gürbüz səsləndirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?