SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » «BİZİM EV» MTK VƏTƏNDAŞLARI DÖVLƏTDƏN NARAZI SALIR -VİDEO

«BİZİM EV» MTK VƏTƏNDAŞLARI DÖVLƏTDƏN NARAZI SALIR -VİDEO

Tarix:

26-07-2018, 19:03

/ 2 549 dəfə oxundu.
«BİZİM EV» MTK VƏTƏNDAŞLARI DÖVLƏTDƏN NARAZI SALIR -VİDEO

Bakıda yaşıllıqlar məhv edilir, “ağac soyqırımı” həyata keçirilir. Bütün bu kimi halların günahkarları icra başçıları, memarlar və nəzarət orqanlarıdır. Əvvəlcə ağaclar olan ərazi hasara alınır və heç bir normativ qaydalara riayət edilmədən kəsilir. Belə davam eləsə Bakıda bir ədəd də olsun ağac qalmayacaq. Tikilən yeni hündür mərtəbəli binaların ətrafında ilk olaraq yaşıllıq zolağının salınması əsas götürülməlidir. Amma bizdə tamamilə bunun əksi mövcuddur.
Təbiəti Mühafizə Cəmiyyətinin sədri Bakir Nəcəfov deyir ki, tikinti layihəsində yaşıllıq zolağının salınması göstərilsə də, buna əməl edilmir: “İş bitəndən sonra görürsən ki, yaşıllıqdan əsər-əlamət yoxdur. Məsələn, layihədə göstərilir ki, ərazidə 100 ağac olacaq. Tikintidə iş bitəndən sonra baxırsan ki, bir ağac da yoxdur.” B. Nəcəfov Bakıda yaşıllıqların daha çox məhv edildiyi ərazilərin adlarını da açıqladı: “Ən biabırçı hal Yasamal, Nəsimi rayonlarında, Memar Əcəmi metrosunun və “Pioner” kinoteatrının ətrafındadır. Orada olan yaşıllıqlar tamamilə məhv edilib. Yasamal rayonunda məhəllədaxili yaşıllıqlar məhv olub. ”
Yasamal rayonu demişkən, Həsənbəy Zərdabi küçəsi , bina 69-un sakinləri neçə vaxtdır ki, şikayət edirlər ki, «Bizimev» MTK onların məhəllədaxili əraisini zəbt edib.
Vətəndaşların istirahət yeri, uşaqların əyləncə məkanı tikinti meydançasına dönüb.
Sakinlər deyir ki, nə qədər ağacları qırdılar. Amma sənəddə qeyd olunmuşdu ki, ağaclar köçürüləcək. Ağac köçürmək üçün maşınlar da var. Amma ağacları köçürmək əvəzinə, onların sonuna çıxırlar. Yaxınlaşıb soruşanda da adama deyirlər ki, sən bilirsən bu tikinti kimindir? Cənab başçı Əziuz Əzizov tapşırıb bizi.
Ancaq Prezident İlham Əliyev deyir ki, məhəllə daxili ərazilərdə tikinti aparmayın. Bu cinayətdir. Prezident tapşırmayıb ki, ağacları kəs. Ölkə başçısı deyib ki, ağacları da qoru. «Bizim ev» MTK bu hərəkətrləri ilə vətəndaşları narazı salır ki, tikintinin düz arxasındakı «Məhsul» stadionuna getsinlər, müxalifətə qoşulub iqtidara istefa qışqırsınlar? Axı bu qanunsuzluğa nə ad vermək olar.
Həmin ərazinin əvvəl və sonrakı fotolarını, videoçəkilişi təqdim edirik.

Deryaz.az

«BİZİM EV» MTK VƏTƏNDAŞLARI DÖVLƏTDƏN NARAZI SALIR -VİDEO
«BİZİM EV» MTK VƏTƏNDAŞLARI DÖVLƏTDƏN NARAZI SALIR -VİDEO
«BİZİM EV» MTK VƏTƏNDAŞLARI DÖVLƏTDƏN NARAZI SALIR -VİDEO
«BİZİM EV» MTK VƏTƏNDAŞLARI DÖVLƏTDƏN NARAZI SALIR -VİDEO

Şərhlər

XƏBƏR LENTİ