Xətai rayonunda ağac soyqırımı: İcra başçısı bağı məhv etdirdi
Bakıda növbəti dəfə ağaclara qarşı soyqırım edilib.
Bu dəfə yaşıllığın məhv edilməsi Xətai rayonunda qeydə alınıb. Belə ki, metronun Əhmədli stansiyasının yaxınlığında, iki yolun ortasında yerləşən bağda əkilən ağaclar məhv edilib. Həmin ərazi hasara alınıb.
Vaxtı ilə sözügedən ərazidə 30-dan çox ağac olsa da, sonradan bundan əsər-əlamət qalmayıb. Ağacların kəsilməsi prosesi başa çatandan sonra icra başçısı Razim Məmmədovun göstərişi ilə həmin əraziyə gil tökülüb. O, bununla kəsilən ağacların izini itirməyə nail olub.
Qeyd edək ki, Sarayevo küçəsi metro stansiyaya yaxın ərazi olduğuna görə bura ticarət üçün əlverişli hesab olunur. Bu səbəbdən də həmin ərazidə tikilən obyektlər baha qiymətə icarəyə verilir və ya satılır. Hasarlanan ərazi isə təxminən 4 sotu əhatə edir.
yenicag.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək