SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda görünməmiş lift fırıldağı: - İdarə oğurlanan hissəni sakinlərə satıb

Bakıda görünməmiş lift fırıldağı: - İdarə oğurlanan hissəni sakinlərə satıb

Tarix:

30-06-2018, 16:58

/ 1 430 dəfə oxundu.
Bakıda görünməmiş lift fırıldağı: - İdarə oğurlanan hissəni sakinlərə satıb

Binəqədi rayonu, 7-ci mikrorayon şəhid F.Məlikov küçəsi, 1q binasının lift problemli o səviyyəyə çatıb ki, sakinlər akt tətrib edərək, prezident İlham Əliyevə müraciət etmək məcburiyyətində qalıblar. Çünki, onların əlaqədar qurumlara etdikləri müraciətlər nəticəsiz qalıb.

Cebhe.info-nun xəbərinə görə, 19 nəfər bina sakininin imzaladığı müraciət Qarabağ müharibəsi əlili Faiq Kərimov tərəfindən ölkə başçına göndərilib.

Müraciətdə lift probleminin sakinləri bezdirdiyi bildirilir:

“Lift idarəsinə zənglərimizə, yazılı müraciətimizə baxmayaraq, hər ay ayın demək olar ki, beş günü liftsiz qalırıq. Minnətlə də olsa, təmir edirlər. Amma 1 aydan sonra lift yenə də dayanır, söküb aparırlar on gün ərzində natamam vəziyyətdə yenə də bərpa edirlər, az müddət işləyir, yenə də dayanır. Liftin dəyişilməsi üçün müraciətimiz isə boşuna qalmaqdadır. Bildirmək istəyirik ki, liftin kabinəsi yaxşı halda olsa da, mühərrik hissələri yararsız hala düşüb. Rotor deyilən sahənin işləməməsi üzündən yenə də liftimiz dayanıb”.

Şikayətçi məmurların lift təsərrüfatına dırnaq arası baxdıqlarından təəssüfləndiyini bildirir:

“İşlərinə məsuliyyətlə yanaşmaq əvəzinə hədə ilə danışırlar. Bu yaxınlarda liftin motor hissəsini oğurladılar. Lift idarəsindən oğurlanan hissəsəni yüz manat müqavilində özümüzə sataraq, lifti bərpa etdilər. Əksər lift hissəciklərini özümüz aldığımız halda hər ay lilft haqqını da ödəyirik”.

O, bina sakinlərinin Bakı Şəhər lift trestinə, Bakı şəhər lift idarəsinəvə yerli lift idarəsinə dəfələrlə müraciət etdkləri bildirir.

Faiq Kərimov gözləri görmədiyi üçün bu problemin ona ikiqat çətinlik yaratdığını bildirir: “Qarabağ döyüşlərində qəlpə yarasından gözlərim tutulub. Mənim üçün lap ağırdır. Aylarla işləməyən lift mənim enib-çıxmağıma çox çətinlik törədir. İki nəfərlə enib-çıxıram. Adam olmayanda həftələrlə evdə dustaq olaraq qalıram”.

Müraciətdə liftin dəyişdirilməsi xahiş olunur.

Şərhlər

XƏBƏR LENTİ