"11-ci mərtədəbə iki müəllimə şagird hazırlayır, ona görə lift “JEK” tərəfindən bloka salınıb...” - GİLEY
Bakı şəhəri Abşeron Gənclər şəhərciyi blok 31-də yaşayan sakinlər bir neçə gündür ki, liftlərinin işləmədiyindən şikayətçidirlər. Onlar bunu özbaşınalıq kimi qiymətləndirərək Moderator.az-ın redaksiyasına üz tutublar.
Şikayətçi Hətəmova Cəmilə Tofiq qızı əməkdaşımızla söhbəti zamanı bildirib ki, liftin fəaliyyəti “JEK” tərəfindən qəsdən dayandırılıb:
“Bir neçə gündür ki, binamızın lifti işləmir. Biz də zəng vurub soruşuruq ki, niyə lift işləmir? Deyirlər ki, guya liftin detalı yanıb və onu “JEK” alıb verməlidir ki, biz onu dəyişək. Sonra “JEK”-ə zəng vururuq ordan da deyirlər ki, liftin detalı yanıb və dəyişdirilməlidir. Amma sonra “Akkord”un baş idarəsinə zəng vurulub və orda Zakir müəllim adlı bir şəxlə danışmışıq. O, dedi ki, liftin işləməməsinin səbəbini öyrənib sizə xəbər verərəm. “JEK”lə əlaqə saxlayandan sonra deyiblər ki, 11-ci mərtədəbə iki müəllimə şagird hazırlayır, onların sayı çoxdur, lift dayanmır və ona görə lift “JEK” tərəfindən bloka salınıb”.
C.Hətəmova deyib ki, adı çəkilən blokda ürəyindən əməliyyat olunan qazimiz də yaşayır və bu həm də qazimizə qarşı hörmətsizlikdir:
“İndi mən başa düşmürəm ki, burda 55 ailə yaşayır və iki müəllimə görə 53 ailənin liftsiz qalması nə dərəcədə doğrudur? Mən özüm də müəlliməyəm. Ürəyim də xəstədir, 6-cı mərtəbədə yaşayıram və düşüb-çıxa bilmirəm. 11-ci mərtəbədə bir qazimiz yaşayır. Həmin qazimiz ürəyindən də əməliyyat olunub və dünən o, da Zakir müəllimə müraciət edib ki, liftin fəaliyyətini bərpa etsinlər. Yəni qazilərimizə bu cür hörmət qoyulur? Bunlar niyə Prezidentimizin əməyini yerə vururlar? Əgər “JEK”in narazılığı varsa, getsin həmin o iki müəlliməylə danışsın, biz niyə bunun əzab-əziyyətini çəkməliyik?
Biz xahiş edirik ki, bu özbaşınalığa son qoysunlar. Belə haqsızlıq olarmı?!”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...