SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » «UĞURLU YOL 2017″ tikinti şirkətinin rəhbəri fəhlələrin pullarını qumarda uduzub? -VİDEO

«UĞURLU YOL 2017″ tikinti şirkətinin rəhbəri fəhlələrin pullarını qumarda uduzub? -VİDEO

Tarix:

3-05-2018, 15:33

/ 1 405 dəfə oxundu.
«UĞURLU YOL 2017″ tikinti şirkətinin rəhbəri fəhlələrin pullarını qumarda uduzub? -VİDEO

Bərdənin Qaratəpə, Tərtərin isə Poladlı kənd məktəblərinin tikintisində çalışanları kim “tora salıb”?

“Təəssüflər olsun ki, bu gün də «UĞURLU YOL 2017″ tikinti şirkətinin rəhbəri İlham Əsədovun fəhlələrə qarşı atdığı addım uğurlu alınmayıb və açıq-aşkar şəkildə “atanşik”lik etməyə üstünlük verir” Bu günlərdə xəbər portalımızın redaksiyasına olduqca diqqəti cəlb edən, hər kəsdə birbaşa narahatçılıq hissi doğuran məlumat daxil olduğundan, ilk əvvəl Tərtərin Poladlı, sonra isə Bərdənin Qaratəpə kəndində olduq. Elə ki, daxil olan məlumatlar əsasında müəyyən araşdırmalar apardıq, o zaman bəlli olan o oldu ki, Tərtərin Poladlı kəndində inşaası başa çatmamış birmərtəbəli şəhid Ələddin Qəribov adına 60 yerlik natamam kənd orta məktəbində, bu gün də tikinti işləri yarımçıq qalmaqdadır.
Tikinti işlərinə 1 avqust 2017-ci il tarixdə başlanılmış və 2018-ci ilin yanvar ayında başa çatdırılması nəzərdə tutulsa da, təəssüflər olsun ki, bu işlərə rəhbərlik edən İlham adlı şəxsin atdığı addımlar nəticəsində, adı çəkilən məktəbin tikintisində çalışanlar “tora düşürlər”. Daha xoşagəlməz hal o olur ki, məktəbdə tikinti işləri tam başa çatmasa da, məktəb istifadəyə verilir. İki aydan sonra isə, sinif otaqlarında əmələ gələn problemlər səbəbindən müəllimlər və şagirdlər yenidən köhnə məktəbə qaytarılırlar. Şəhid Ələddin Qəribov adına natamam kənd orta məktəbin tikinti işlərində çalışan və çəkdiyi əziyyətlərinə görə əmək haqlarını ala bilməyən Məhəmməd və digər şəxslərin iddialarına görə, bu gün İlham adlı şəxs fəhlələrə verməli olduğu pulları vermir. Hətta, onlar düçar olduqları özbaşınalığın səbəbini əməkdaşımıza açıq şəkildə bildirməkdən çəkinmirlər və onu da bildirirlər ki, “bu şəxs bizi əmək müqaviləsi bağlamadan işlətdi, indi də əmək haqlarımızı vermir. Özü Bakıda oturur, nə pullarımızı çatdırır, nə də ki, gəlib bizimlə hesablaşır”. Bərdənin Qaratəpə doqquzillik kənd məktəbində də olarkən o da bəlli oldu ki, 80 şagird yerlik məktəbin tikinti işlərində çalışanlara qarşı İlham adlı şəxs oxşar addımlarını atdığından, burada da tikinti işləri yarımçıq qalıb.
Belə ki, tikinti işlərinə 2017-ci ilin avqustunda başlanıb və həmin ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulsa da, orada çalışan fəhlələr bu gün də əmək haqlarını ala bilməyiblər. Çünki, İlham adlı şəxsə etibar edən və bir növ iş icraçısı funksiyasını yerinə yetirən Natiq adlı şəxsin, həmçinin ayrı-ayrı fəhlələrin iddialarına görə, vəziyyətin belə bir hal almasına əsas səbəb, tikinti işlərinə rəhbərlik edən bu şəxsin atdığı addımlar olub. Hətta, əməkdaşımızın suallarını cavablandıran Natiq adlı şəxs bildirir ki, “Mən İlhama etibar edib fəhlələri işlətdim, bəzilərinin əmək haqlarını özüm ödədim, hətta ayrı-ayrı mağazalardan nisyə materiallar da götürdüm. Məqsədim tikinti işlərini başa çatdırmaq idi. Çünki, İlhamla sonradan haqq-hesablaşmaq barədə razılıq əldə etmişdik. Təəssüflər olsun ki, bu gün o, vədinə əməl etmir və açıq-aşkar şəkildə “atanşik”lik etməyə üstünlük verir. Bu da heç cür yolverilməz haldır. Yəni, onun təkcə bizə 5-6 min manat, hər iki məktəbə isə üst-üstə 20 min manata yaxın borcu qalıb. O, bir ay bundan öncə vəd verdi ki, gəlib bütün borcları ödəyəcəyəm. İndi isə, heç bir telefon zəngimizə cavab vermir. Bu şəxs fəhlələri işə cəlb edərkən hər kəslə əmək müqaviləsi bağlayacağını vəd etdi və bu məqsədlə tikinti işlərində çalışanların şəxsiyyət vəsiqələrinin surətini də topladı. Amma, son anda vədinə əməl etmədi. Bütün bunlar da adı çəkilən şəxsin qol qoyduğu qanunsuzluqlardır. Bu şəxs nə qədər fırıldaq əməllərinə qol qoysa da, biz yenə də ümidimizi itirmirik. Çünki inanırıq ki, zamanı çatanda neçə-neçə fəhlənin halal zəhmətinin müqabilində pullarını mənimsəyən, onların ailə üzvlərinin ac qalmasına səbəb olan bu şəxsin əməllərini hüquq-mühafizə orqanı əməkdaşları lazımınca araşdıracaq və ona lazım olduğu cəzanı verəcəklər. Təəssüf və təəccüb doğuran hal isə ondan ibarətdir ki, bu gün də tikintisi yarımçıq qalmış həmin məktəblərlə bağlı TN-nin rəsmi şəxsləri heç bir mövqe bildirmirlər. Zərərçəkən şəxslərdən bəzilərinin iddialarına görə, bizi işlədib pullarımızı ödəməyən bu şəxs eyş işrətə meylli bir şəxsdir və tez-tez futbol oyunlarına mərc qoyub udmaq istəsə də, heç vaxt şansı gətirmir. Adı çəkilən şəxsin atdığı addımların nəticəsidir ki, bu gün onun Bakı şəhərinin 9-cu mkr-n ərazisində, daha dəqiq desək 85 saylı marşrut xəttinin son dayanacağındakı «Şirvan market» ona məxsusdur”. Hörmətli oxucular! Baş verənlərlə bağlı qarşı tərəf olaraq İlham adlı şəxslə əlaqə saxladıq. O halda o, onu ittiham edən şəxsləri küçə söyüşləri ilə söyüb təhqir etməkdən də çəkinmədi. (Qeyd: Onun işlətdiyi təhqiramiz küçə söyüşləri, etikadan kənar ifadələr telefonumuzun yaddaşındadır) Dərc etdiyimiz məqalədə sadalanan ittihamlar zərərçəkən şəxslərə məxsus olduğundan, hələlik bir redaksiya olaraq konkret mövqeyimizi ortaya qoya bilmirik. Odur ki, bu yöndə araşdırmalarımızı bundan sonra da davam etdirəcəyik və hər kəsi yaşananlarla bağlı ətraflı məlumatlandırmağa da çalışacağıq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Deryaz.az

Şərhlər

XƏBƏR LENTİ