yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Ləğv edilən dövlət komitəsinin səlahiyyətləri bölüşdürüldü

Ləğv edilən dövlət komitəsinin səlahiyyətləri bölüşdürüldü
22-04-2018, 00:06 348 dəfə baxılıb

Ötən gün prezident İlham Əliyevin sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri antiinhisar və istehlak bazarına nəzarət dövlət agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə əqli mülkiyyət agentliyinə verilib. Yeni qərar bu sahədəki idarəçiliyi daha da təkmilləşdirməq məqsədi daşıyır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilərək, səlahiyyətlərinin dövlət agentlikləri arasında bölüşdürülməsi struktur islahatlarının davamıdır. Prezidentin sərəncamını şərh edən milət vəkili Zahid Orucun sözlərinə görə bu qərar sözügedən sahənin daha peşəkar şəkildə tənzimlənməsinə gətirib çıxaracaq.

Millət vəkili Zahid Oruc deyir ki, dövlət başçısının bu qərarı əslində bir çağırışdır.O bildirib ki, yeni qərarlar ölkədən kənara investisiya yatırmaq istəyənləri fikirlərindən daşındırmaq niyyəti güdür.

Zahid Orucun sözlərinə görə, yeni qərarların hansı faydalar verəcəyini çox da gözləmək lazım gəlməyəcək. Çünki yeni idarəçilik forması inkişaf etmiş qərb ölkələrdə də uğurla tətbiq edilir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

26-05-2018


25-05-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ