Azərbaycanda bir neçə dövlət qurumu ləğv edildi
Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindəki "Azelektromaş" Elmi-İstehsalat Birliyinin Elmi-Tədqiqat Elektrotexnika İnstitutu ləğv olunduğu elan edib.
Bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında elan verilib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z. Xəlil küçəsi 11A ünvanına bildirə bilərlər.
Azərbaycan prezidentinin "Standartlaşdırma, Metrologiya, akkreditasiya və patent hüquqi obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 10.02.2017-ci il tarixli fərmanına əsasən ləğv edilmiş Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun tabeliyində olan "AzStandartinform" MMC-nin ləğvi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 24 may 2017-ci il tarixində sərəncam qəbul olunub. Bununla əlaqədar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin 8 iyun 2017-ci il tarixli əmri ilə Ləğvetmə Komissiyası yaradılıb.
"AzStandartinform" tərəfindən krediti və debitor borcları yaranan müəssisə və təşkilatlar elanını dərc olunduğu gündən 60 gün ərzində Ləğvetmə Komissiyasına müraciət edə bilərlər.
Eyni zamanda, adıçəkilən fərmana əsasən Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun tabeliyində fəaliyyət göstərən "AzSert" MMC ləğv olunub. Bununla əlaqədar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin 8 iyun 2017-ci il tarixli əmri ilə Ləğvetmə Komissiyası yaradılıb. "AzSert" tərəfindən kreditor və debitor borcları yaranan müəssisə və təşkilatlar bu elanını dərc olunduğu gündən 60 gün müddətində Ləğvetmə Komissiyasına müraciət edə bilərlər.
Əlavə olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzinin (AZTEST) ləğv edilməsi barədə 04.05.2017-ci il tarixli sərəncamına və komitə sədrinin 07.06.2017-ci il tarixli əmrinə əsasən AZTEST ləğv edildiyini elan edib. AZTEST tərəfindən debitor və kreditor borcları yaranan müəssisə və təşkilatlar iyunun 9-dan 15 gün müddətində Ləğvetmə Komissiyana müraciət edə bilərlər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...