yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Köçkün evləri: Divarlar dəmir laylardan, arakəsmələr kartondan...

Köçkün evləri: Divarlar dəmir laylardan, arakəsmələr kartondan...
17-02-2017, 18:21 432 dəfə baxılıb
yüklənir...

“Kartondan arakəsmələr çəkmişik, qardaş o tərəfində, bacı bu tərəfində yatır”.

Nizami rayon Məhkəməsinin bir qarışlığında – Mehdi Abbasov küçəsindəki keçmiş bağçanın binasında 25 ildən çoxdur ki, Qarabağın işğal altında olan yerlərindən məcburi köçkün düşmüş ailələr məskunlaşıb. Onların bir hissəsi ikimərtəbəli binada, bir hissəsi isə bağçanın ərazisində özlərinə düzəltdikləri gecəqondularda yaşayır.
Köçkün Şəfəq Cəfərova "Azadlıq" radiosuna uzun illərdir dözülməz şəraitdə yaşamaqdan cana doyduqlarını dilə gətirib:

“ZÜLMÜN İÇİNDƏ YAŞAYIRIQ”

“25 il köçkün olar?.. Köçkün olar 3 il, 5 il… 25 ildir zülmün içində yaşayırıq. Özümüz bir tərəfə, övladlarımız da yaşa doldu, nəvələr də məktəbi bitirdi… Burda yaşayanların çoxu revmatizmdən əziyyət çəkir. Şəraitsizlik hamını xəstə edib yorğan-döşəyə salıb”.

Bu ünvana ilk gələn Ağdam və Füzuli köçkünləri əvvəl bağçanın ikimərtəbəli binasına sığınıblar. Ailələr genişləndikcə binada sıxlıq yarandığından kənara çıxıb həyətində də gecəqondular tikiblər. Ətrafı dəmir layları ilə əhatələnmiş gecəqonduların içərisinə kartondan arakəsmələr qoyublar. Beləcə, otaqda “bölgü” işi aparıblar. Keçmiş bağça binasının ətrafında, azı, əlli belə “evə” rast gəlmək olar.

Köçkün Əsgər Sadıqov: “Bağçanın binası o vaxt zəlzələdən qəzalı vəziyyətə düşdü. Fövqəladə Hallar Nazirliyi də bu binanın qəzalı olması barədə rəy verib. Şəhərciklər tikilir, evi olan birini də o şəhərcikdən alır, kirayəyə verir, bizsə acınacaqlı vəziyyətdə yaşayırıq. “Qaçqınkom”, Nizami rayon icra hakimiyyəti – hər yerə müraciət eləmişik”.

“NÖVBƏ ÇATANDA KÖÇÜRÜLƏCƏKLƏR”

Köçkün iki oğlunu evləndirəndən sonra bağçanın ərazisində hərəsinə kiçik bir otaq düzəldib. Deyir, körpə nəvələri bu dəmir laylarından düzəldilmiş evlərdə yayda qovrulur, qışda donurlar.

“Qaçqınkom”dan bildirilib ki, məcburi köçkünlər üçün şəhərciklər inşa edildikcə inzibati binaların ərazisində məskunlaşmış köçkünlər köçürülür. Mehdi Abbasov küçəsindəki keçmiş uşaq bağçasının ərazisində məskunlaşmış köçkünlər də diqqətdədir. Onlara da növbə çatacaq.

Nizami rayon icra hakimiyyətindənsə “Qaynar xətt”ə bildirilib ki, köçkünlərin məskunlaşdığı həmin ərazidə su, qaz, işıq, kanalizasiya var. Onların köçürülməsi isə “Qaçqınkom”un səlahiyyətindədir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ