Neft-Qaz Çıxarma İdarəsinin gecə sanatoriyasındə gün görməyənlər... - bura onun üçün əsl təhlükədir...
Hər küncü uşaqlar üçün təhlükə sayılan bu bina Neft-Qaz Çıxarma İdarəsinin gecə sanatoriyasıdır. Ötən il noyabrın 13-də qısaqapanmadan yanan bina yaşayış üçün yararsız vəziyyətdədir. Buna baxmayaraq, hələ də burada 11 ailə yaşayır. Onlardan 5-i yerli, 6-sı məcburi köçkün ailələridir.
DİA.AZ bildirir ki, 1993-cü ildən məcburi köçkün düşən Gülnurə Sultanova deyir ki, həyat yoldaşı albinizm xəstəliyindən əziyyət çəkir. Gözləri yaxşı görmür, bura isə onun üçün əsl təhlükədir.
Yanğın ötən il baş versə də, köç bu ilin aprelində olub. Sakinlərdən Reyhanə Əliyeva şəraitsizlikdən, problemlərdən dolayı uşaqlarının məktəbdən uzaq düşdüyünü deyir.
Gülçöhrə Musayeva da sanatoriya sakinidir. 2008-ci ildə Ağdamdakı evləri yanıb. Bundan sonra o, ailəsi ilə birgə Bakıya üz tutub və bu binada məskunlaşıb. Onlar köçkün statusu daşımırlar. Odur ki, hamı köçürüləndən sonra nə edəcəklərini bilmirlər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək