"Qaçqınkom" şefinin bundan xəbəri varmı? - ŞİKAYƏT VAR
“4 mərtəbəli binadır. Hər mərtəbəsində 17-18 ailə yaşayır. Hər mərtəbədə 1 tualet, 1 mətbəx var. Ancaq insanlar istifadə edə bilmir. Çünki yuxarıdakı tualetdə ifraz olunanlar aşağıdakı tualetə damcılayır. Deyiləsi dərd deyil. Çox vaxt adamlar təbii ehtiyaclarını getdikləri yerlərdə, ya da küçədəki pullu tualetlərdə ödəməli olur. Mətbəxdənsə illərdir istifadə olunmur”.
Nizami rayonu, Şərifli küçəsində yerləşən lal-karlar üçün 3 nömrəli xüsusi internat məktəbinin binasının bir tərəfində məskunlaşan köçkün ailələri çəkdikləri əziyyətlərdən danışırlar.
İnternat məktəbin yan-yana iki binası var. 24 ildir ki, hər ikisinin bir tərəfini köçkünlər “məşğul edib”. Köçkün Tərlan Abışov deyir, 23 ildir ki, burada məskunlaşıb:
“Bacım, bacımın uşağı, mən, iki uşağım və yoldaşım – hamımız bir otaqda yaşayırıq. Süfrə arxasında növbəylə otururuq, yatıb-durmaq növbəylə... Biz burda məskunlaşanda dedilər, qısa müddətdə torpaqlarımıza qayıdacağıq. Məskunlaşmadan 24 il keçib, hələ də üzərimizdən köçkün damğası götürülməyib. Yaşayışımızdansa danışmağa dəymir”.
Ən çox əziyyəti isə binanın zirzəmisində məskunlaşan ailələr çəkir. Köçkün Zəka Ağayev sual edir:
“24 il zirzəmidə insan yaşayar? Zirzəmidə siçovul olar, siçan olar. 24 il zirzəmidə köçkün saxlamaq hökumətin vətəndaşına yanaşmasından irəli gəlir. Bizi, sadəcə, insan saymırlar, o üzdən də zirzəmidə siçovul kimi yaşamağımız onları narahat etmir”.
Köçkünlər ilk növbədə torpaqlarına qayıtmağı arzulayırlar. Bu da mümkün deyilsə, ən azı, ya inşa olunan şəhərciklərə köçürülmələrini, ya da məskunlaşdıqları bu binanın əsaslı təmir olunmasını istəyirlər.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək