yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

BAKİNŞAAT GROUP” MMC FƏHLƏLƏRİN PULUNU VERMİR

BAKİNŞAAT GROUP” MMC FƏHLƏLƏRİN PULUNU VERMİR
13-12-2017, 14:37 396 dəfə baxılıb

Paytaxtın Dilarə Əliyeva küçəsinin Draqol döngəsində (Bakı Metropoliteninin “28 may” küçəsinin çıxışının sol tərəfində) köhnə binanın fasad hissəsinin təzələnməsi (üzlük daşların vurulması) işini həyata keçirən “Bakİnşaat Group” MMC artıq ikinci aydır fəhlələrin məvacibini vermir.
Fəhlələrdən birinin verdiyi məlumata görə, bu vaxtadək onların maaşı hər on beş gündən bir ödənilirmiş. İndi isə işin sonuna yaxın problem yaranıb. Narazılıqlarını eşidən yoxdur, işə gəlməyə isə məcburdurlar, əks təqdirdə qalıq pullarını nə vaxtsa almaq ümidlərini də itirəcəklər. Nədən ki, işçilərin çoxu ilə əmək müqaviləsi bağlanmayıb, staj hesablanmır. Qeyri-leqal işçilərin əməyinin təhlükəsizliyi də tam təmin olunmayıb. Bu isə o deməkdir ki, istehsalatda xəsarət alacaqları halda, sosial müavinət almaq hüquqları da olmayacaq. Əlbəttə ki, “qara mühasibatlıq” işçilərin maaşından sosial sığorta və vergi ödənişlərini tutmur.
Ümumiyyətlə, müəssisənin şəffaf, nümunəvi vergi ödəyicisi olmasından da söhbət gedə biməz. Şübhə yoxdur ki, dürüst yoxlama aparılsa, hansısa “üstün” özəlliyinə görə bir çox, o cümlədən dövlət sifarişli layihələrin tender qutularından qalib çıxmağa müvəffəq olmuş, Bakıda bir sıra yaşayış və qeyri-yaşayış binalarının tikintisi və təmirini həyata keçirən MMC-nin fəaliyyətində bir-birinə zəncirvari surətdə bağlı olan çeşidli qanunsuzluqlar aşkarlanar. KİV olaraq, RealMedia.az şikayətdə ehtiva olunan problemi Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinə və başqa aidiyyəti qurumların diqqətinə çatdırmağa çalışacaq.

RealMedia.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: PULUNU, VERMR, FEHLELERN, BAKNShAAT, GROUP, MMC
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ