SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Fair Group" tikinti şirkətindən şikayət: Maaşlar gecikir?

"Fair Group" tikinti şirkətindən şikayət: Maaşlar gecikir?

Tarix:

22-11-2018, 11:35

/ 2 186 dəfə oxundu.
"Fair Group" tikinti şirkətindən şikayət: Maaşlar gecikir?

"Fair Group" tikinti şirkəti 2 aydır ki, fəhlələrin pulunu vermir.

Bu barədə Qaynarinfo-ya şirkətin "Xəzər Waterfront" layihəsində çalışan fəhlələrindən biri məlumat verib. Şikayətçinin sözlərinə görə, 2 aydır şirkətdə maaşlar verilməyib.

"Şəhərin ən böyük layihələrindən biridir. Amma 2 aydır ki, maaşlarımız verilmir. Yaxın dost tanışdan borc alıb işə gedirik. Maaşların verilib-verilməyəcəyi də bəlli deyil".

Şirkətdən isə saytımıza bildirilib ki, maaşlar vaxtlı-vaxtında verilir və heç bir gecikmədən söhbət gedə bilməz.

Şərhlər

XƏBƏR LENTİ