yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Sumqayıtlı şəhid ailələrinin bağrını yaran plakat olayı ilə bağlı geniş videoreportaj

Sumqayıtlı şəhid ailələrinin bağrını yaran plakat olayı ilə bağlı geniş videoreportaj
13-10-2017, 09:44 89 144 dəfə baxılıb
yüklənir...

"Uğrunda ölən varsa vətəndir" deyib böyüklərimiz. Elə bu səbəbdən də ana vətənimiz olan Azərbaycan adlı məmləkət uğrunda qeyrətli oğullarımız öz canlarından-qanlarından keçiblər. Onla yaşadıqları torpaq uğrunda ona görə şəhid olublar ki, müstəqil Azərbaycan dövləti və onun vətəndaşları rahat həyat sürə bilsinlər.
Məhz bu müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli vətən oğulları, ən uca zirvə olan şəhidlik məqamına yüksələrkən də ana vətəni qorumaqdan başqa bir şey haqda düşünməyiblər. Bizim isə müqəddəs vəzifəmiz və borcumuz şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etməkdir. Lakin təəssüflər olsun ki, bəzən bizlər öz borcumuzu unuduruq və rahat yaşamağımızın səbəbkarları olan şəhidlərimizə qarşı hörmətsiz yanaşırıq.
Təəssüflər olsun ki, Sumqayıt şəhərindən olan və aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Əbdülməcid Axundov, Şülan Bayramov və Seymur Baxışovun adının əbədiləşdirilməsi üçün bir qrup vətənpərvər gənc tərəfindən hazırlanan və yaşadıqları küçənin girişində qoyulan plakatlar sökülüb. Şəhidlərə qarşı edilən bu hərəkət ictimaiyyət tərəfindən böyük etirazla qarşılanıb.
Qeyd edək ki, şəhid ailələrinin təsəllisi olan bu plakatların kim tərəfindən söküldüyü dəqiq bilinməsə də, şəhid ailələri göstərişin Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən verildiyini iddia edirlər.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən "İslaminSesi" nə bildirilib ki, plakatların kim tərəfindən qoyulması və hansı şəxslər tərəfindən sökülməsi haqda onlarda heç bir məlumat yoxdur. Hazırda şəhid ailələrinin müraciətləri əsasında plakatların kim tərəfindən söküldüyü araşdırılır. Sumqayıt Şəhər İcra Hakimiyyətindən onu da bildiriblər ki, şəhidlərin adlarının əbədiləşdirilməsi qanunla tənzimlənir. Belə ki, qanuna əsasən yalnız milli qəhrəman adı alanlara və ən azı iki medalla təltif olunanlara şamil edilir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: genish, bagli, plakat, videoreportaj, ile, olayi, bagrini, ailelerinin, yaran, shehid, Sumqayitli
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ