Şəhidlik gənclər üçün ən böyük zirvədir
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun 10-cu Qrant Müsabiqəsinin “Unudulmaz şəhidlər” layihəsinin təqdimatı keçirilib. Suraxanı rayon Gənclər evində keçirilən layihənin rəhbəri Mirnəsib Kazımov bildirib ki, layihənin məqsədi Azərbaycanın ərazi bütövlüyü ugrunda canlarından keçmiş şəhidlərimizin cəmiyyətə, gənclərə tanıdılmasıdır. Layihədə vətənimizi düşmən tapdağından qorumaq üçün öz canlarından keçən şəhidlərin həyatı və hansı döyüşlərdə şəhid olduqları barədə ətraflı məlumat verilib. Əsasən 2016-cı il aprel ayında döyüşlərdə şəhid olmuş, vətən uğrunda canından keşmiş qəhrəmanlarımız haqqında danışılıb.
Qeyd olunub ki, Azərbaycan gəncliyinin inkişafı çərçivəsində müxtəlif sahələrdə bilik və bacarıqlara malik gənclər özlərinin istedadlarına söykənərək gənclər siyasətinə müxtəlif mövzularda tövhələr verir. Gənclər sektorunun günbəgün inkişafı gənclərin elm və mədəniyyətin müxtəlif sahələrdə maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması, istedaldların üzə çıxarılması istiqamətində uğurlar əldə etməkdədir.Vurğulanıb ki, gənclər də öz növbəsində ölkəmizin mənafeyi naminə üzərinə düşən vətəndaşlıq borcunu layiqincə yerinə yetirməlidir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...