SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şirvan şəhərində şəhid ailələri ziyarət edilib

Şirvan şəhərində şəhid ailələri ziyarət edilib

Tarix:

12-03-2020, 11:21

/ 1 012 dəfə oxundu.
Şirvan şəhərində şəhid ailələri ziyarət edilib

Keçirilən görüşlərdə şəhid ailələri “Yel çərşənbəsi” və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edilib, onlara bayram sovqatları verilib...
Martın 10-da Şirvan şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlər-Elsevər Bünyatov, Faiq Cavadov, Həsən Hüseynov, Tofiq Əliyev və Natiq Quliyevin ailə üzvləri Yel çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibəti ilə ziyarət edilib və onların ailə-məişət qayğıları ilə maraqlanılıb.

Görüşlərdə şəhidlərimizin əziz xatirəsi yad edilib, barələrində xoş təəsüratlar danışılıb. Qeyd olunub ki, bu gün dövlətimiz vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı ilə yanaşır və bu cəmiyyətimiz tərəfindən məmnunluq hissi ilə qarşılanır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması və hər cür diqqət və qayğı ilə əhatə olunması təşkil edir. Bu, dövlət səviyyəsində şəhidlərə, müharibə əlillərinə və onların ailə üzvlərinə dərin hörmət və ehtiramın göstəricisi və əyani təzahürüdür.

Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.

Keçirilən görüşlərdə şəhid ailələri “Yel çərşənbəsi” və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edilib, onlara bayram sovqatları verilib.
Şəhid anaları Anaxanım Bünyatova, Xuraman Cavadova, Balacaxanım Hüseynova, Gülbəstə Əliyeva və Mübarizə Quliyeva göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıq və təşəkkürlərini bildiriblər.

Şərhlər

XƏBƏR LENTİ