yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Ziya Məmmədovun lisey direktoru olan bacısının "pul yığımı" davam edir" - VİDEO

Ziya Məmmədovun lisey direktoru olan bacısının
19-09-2017, 13:03 35 752 dəfə baxılıb

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun 66 sayli orta məktəbin ("Tərəqqi" texniki-humanitar liseyi) direktoru vəzifəsində çalışan bacısı Məhbubə Məmmədovadan şikayət səngimir.
Dəfələrlə mətbuat orqanlarında adı çəkilən liseydə şagirdlərdən "fond pulu" adına rüşvət toplanması haqqında məlumatlar yazılsa da, çox təəssüf ki, Məhbubə Məmmədovanın direktoru olduğu "Tərəqqi" liseyində baş verən özbaşınalıqlara son qoyulmayıb.
Həmin liseylə bağlı şikayət ünvanlayan valideyinlərdən biri bildirir ki, liseydə dəyəri 40 manat olan geyimi 120 manat satırlar: "Liseyin rəhbərliyi dəyərəri 40 manat olan məktəbli formasını 120 manata satdırır və valideyinləri məcbur edir ki, həmin formaları onlardan alsınlar. Bəhanələri də budur ki, güya bu məktəbli geyiminin keyfiyyəti başqalarından fərqlidir. Həmin məktəbli geyimləri isə BTF-nin (Bakı Tikiş Fabriki) Xırdalan və Sumqayıtda olan dükanlarında 40 manata satılır".
Liseydə baş verən özbaşınalıqlardan şikayət edən valideyin onu da bildirib ki, məktəbli geyimindən başqa da məktəbdə müxtəlif ad altında pul yığılır: "Liseydə ildə 4 dəfə, bayramlarda "direktora hədiyyə" adı altında şagirdlərdən pul yığılır. Bundan əlavə "fond pulu" adına ildə 150 manat pulumuzu alırlar. Digər tərəfdən də direktor hər bir sinifdən 1-ci növbədə olmaq üçün 600 manat rüşvət tələb edir və həmin pulu verməyən sinif ikinci növbəyə salınır".
Müraciət edən valideyinlər onu da bildiriblər ki, ovladları 66 sayli "Tərəqqi" texniki-humanitar liseyində təhsil alan valideyinlər dəfələrlə liseydə baş verən özbaşınalıqlarla bağlı dövlət başçısı İlham Əliyevə və Təhsil Naziri Mikayıl Cabbarova dəfələrlə şikayət məktubu ünvanlasalar da, bu özbaşınalıqların qarşısını alan olmayıb.

Sozcu.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: direktoru, Memmedovun, , edir, lisey, yigimi, Ziya, pul, olan, davam, VDEO, bacisinin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-07-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ