Ziya Məmmədovun bacısı işdən çıxarıldı - Açıqlama
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova işdən çıxarılıb.
Əldə etdiyimiz məlumata əsasən, hazırda onun direktoru olduğu "Tərəqqi" liseyində nazirlik işçiləri valideynlərlə görüş keçirir.
Valideynlərin sözlərini sərbəst deməsi üçün məktəb rəhbərliyi və müəllimlər iclasa buraxılmayıb. İclasda valideynlər məktəbdə baş verən neqativliklər haqda danışıblar.
Valideynlərin verdiyi məlumata görə, direktorun işdən çıxarılması məsələsi bu iclasda bir daha təsdiqlənib.
Qeyd edək ki, hələ Misir Mərdanov təhsil naziri olarkən, "Tərəqqi" liseyində direktorun özbaşınalığı barədə şikayətlər daxil olmuş, nazir Misir Mərdanov olaya münasibət bildirmişdi.
Xatırladaq ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov açıqlamasında Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanın direktoru olduğu "Tərəqqi" liseyində araşdırma aparıldığını qeyd etmişdi.
Axar.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...