SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Tarif Şurasından qara xəbər: Qəbul imtahanlarının pulu neçəyə olacaq?

Tarif Şurasından qara xəbər: Qəbul imtahanlarının pulu neçəyə olacaq?

Tarix:

31-01-2017, 08:55

/ 1 877 dəfə oxundu.
Tarif Şurasından qara xəbər: Qəbul imtahanlarının pulu neçəyə olacaq?

Tarif Şurası qəbul imtahanı verəcək abituriyentlərə şok yaşatmağa hazırlaşır

Daxil olan xəbərə görə, yayda imtahanların qiyməti açıqlanacaq.

İqtisadi şərait getdikcə pisləşir və valideynlərin tələbə olmaq istəyən övladları üçün imtahan pulunu ödəmək imkanı olmayacaq. İnsanlar iş yerlərini itirir, əmək haqları azalır, təhsil haqlarını ödəmək çətinləşir.

Belə olan halda qəbul imtahanını da ödənişli etmək ikiqat yük olacaq. Tarif Şurası isə əhalinin imkanlarını nəzərə alaraq tarifləri müəyyən etməlidir
Məlumdur ki, Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişikliklər edib.

Dövlət İmtahan Mərkəzi də bu tariflərə uyğun ödənişli əsasda bu ildən başlayaraq orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi və dövlət qulluğu üzrə test imtahanlarını təşkil edəcək.

Daxil olan xəbərə görə, Tarif Şurasına bu hüququn verilməsi cəmiyyətdə narazılıq yaradıb. İnsanlar qəbul imtahanlarının pullu olmasını başa düşmürlər. Bu qərarın sosial narazılığı artıracağı deyilir.

Dolların sürətlə bahalaşması müxtəlif sahələrdə qiymət artımı ilə nəticələnir.Gələn son xəbərlərdə bəzi universitetlərdə təhsil haqlarının artırılacağı bildirilir. Sentyabrdan etibarən özəl və dövlət ali məktəblərində təhsil haqlarının tariflərinə baxılacağı deyilir.

Mənbə qeyd edir ki, bir sıra təhsil müəssisələri müəllimlərin əmək haqlarını ödəməkdə, maddi-texniki bazanın saxlanmasında və digər xərclərdə çətinlik çəkir.
Ona görə də rektorlar yuxarı dairələrlə məsləhət-məşvərət aparıb yeni tədris ilindən təhsil haqlarını qaldırmağı planlaşdırır.

Deyilənə görə, təhsil haqlarının artırılması aztəminatlı və kasıb ailələrin büdcəsinə ağır zərbə olacaq. Hazırda valideynlər övladlarının təhsil haqlarını ödəməyə çətinlik çəkir.

Yeni tədris ilində qiymət artımı olacağı halda tələbə adını qazanmış bir çox abituriyentlər məcburiyyət qarşısında ali təhsildən imtina edə bilər. Bu da acınacaqlə bir göstərici kimi qiymətləndirilməlidir.

Şərhlər

XƏBƏR LENTİ