SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Tarif Şurası bu həftə qiymətləri açıqlayacaq

Tarif Şurası bu həftə qiymətləri açıqlayacaq

Tarix:

28-02-2017, 13:22

/ 1 812 dəfə oxundu.
Tarif Şurası bu həftə qiymətləri açıqlayacaq

Şuraya verilən vaxt hələ bitməyib.

“Bu həftə ərzində Tarif Şurası tərəfindən digər abituriyentlərin imtahanda iştirakla bağlı qiymət müəyyən ediləcək”. Məlumata görə, bunu, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Tarif Şurasına qərar qəbul etmək üçün verilən vaxt bitməyib: “Biz lazım olan məlumatları Tarif Şurasına təqdim etmişik. Onlar da bunun əsasında bir qərar qəbul edəcəklər”.

M.Abbaszadə bildirib ki, ilk dəfə imtahanda pulsuz iştirak imkanı yalnız bakalavr və orta ixtisas təhsili müəssisəsinə qəbul imtahanı üçün nəzərdə tutulub: “Magistratura, rezidentura və dövlət qulluğuna qəbul imtahanın işə qəbulu pullu olacaq. Pulsuz imkan yalnız valideyn himayəsindən məhrum olan insanlara aiddir. Dövlət imtahanda ilk dəfə iştiraka görə pulsuz iştirak şansı verir. Abituriyentlər maksimum diqqətli yanaşmalıdır”.

Şərhlər

XƏBƏR LENTİ