yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Deputatları qorxudan qanun layihəsində xeyli dəyişikliklər ediləcək

Deputatları qorxudan qanun layihəsində xeyli dəyişikliklər ediləcək
4-05-2017, 14:46 139 853 dəfə baxılıb

““Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsində bəzi müddəaların yumşaldılmasına çox böyük ehtiyac var”

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli açıqlamasında deyib.

Deputat deyib ki, Milli Məclis sədri Oqtay Əsədov da bu qanun layihəsində çox ciddi məsələlərin olduğunu bildirib.

“Məsələn 5-ci maddədə göstərilib ki, sahibkarlıqla məşğul olan deputatlar mandatdan uzaqlaşdırılır. Buna da Mərkəzi Seçki Komissiyası baxır. Bu maddənin qanuna, İntizam Komissiyasına heç bir dəxli yoxdur. Bu kimi maddələrə digər deputatlar da etiraz edib. Oqtay müəllim də bildirdi ki, bu məsələlərin üzərində ciddi işlənilməlidir”.

T.Kərimli bildirib ki, qanun layihəsində ilk növbədə deputatın özünü müdafisəsi öz əksini tapmalıdır.

“Hər şeydən ötrü deputatı çağırmaq olmaz. Konstitutsiyada qeyd edilib ki, deputat etikaya və başqasının yerinə səs verməyə görə, mandatdan məhrum edilə bilər. Amma bunun həyata keçirilmə mexanizmi çox ciddi şəkildə olmalıdır. Çünki deputat əmin olmalıdır ki, kimlərinsə subyektiv fikrindən asılı ola bilməz və hansı xətalar kobud etik davranış pozuntusu sayılacaq. Ona görə də Oqtay müəllim tapşırıq verdi ki, qanun layihəsi bütün komitələrdə müzakirə olunsun”.

Tahir Kərimli bildirib ki, “Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinə xeyli dəyişikliklər ediləcək.

“Çünki bəzi deputatlar özünü müdafiə etmək üçün Konstitutsiya Məhkəməsinin imkanlarından istifadəni və s. məsələləri ortaya qoyub. Yəni qanun layihəsi bir az ağırlaşdırılsın ki, deputat hər şeyə görə mandatından məhrum edilməsin. Dünyanın heç bir ölkəsində etikaya görə deputat mandatdan məhrum edilmir. Bu məsələ yoxdur və olmayacaq da. Ona görə, bu qanun lahiyəsi üzərində çox ciddi şəkildə düşünmək lazımdır”.

Xatırladaq ki, Milli Məclis qanun layihəsini 1-ci oxunuşda qəbul edib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: edilecek, Deputatlari, layihesinde, qorxudan, xeyli, deyishiklikler, qanun
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ