SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » "Bununla Milli Məclis deputatların da üzərinə bir vəzifə olaraq qoyur"

"Bununla Milli Məclis deputatların da üzərinə bir vəzifə olaraq qoyur"

Tarix:

20-04-2017, 12:12

/ 59 491 dəfə oxundu.
"Bununla Milli Məclis deputatların da üzərinə bir vəzifə olaraq qoyur"

Azərbaycanda millət vəkillərinə yeni qadağalar qoyulur. Bu məqsədlə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün birgə keçiriləcək iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunacaq.
Yeni hazırlanmış qanun layihəsində deputatlar üçün qadağalar nəzərdə tutulub. Belə ki, Azərbaycan Milli Məclisinin iclası zamanı deputatın digər həmkarının yerinə səs verməsi, çıxış zamanı münaqişə yaratması, gündəlikdən kənar mövzuda danışması və s. bir neçə məsələ qadağan edilir.
Yeni hazırlanmış qanun layihəsi ilə bağlı deputatların fikirlərini öyrəndik.
Millət vəkili Çingiz Qənizadə hesab edir ki, vəzifəli şəxs davranışı, hərəkəti və fəaliyyəti ilə başqalarına nümunə olmalıdır.
“Bu günlərdə “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsini qəbul etdik. Hər bir vəzifəli şəxsin, seçilmiş şəxsin üzərinə öhdəlik qoyulur. Qeyd edilir ki, elə davranmaq lazımdır ki, digərlərinə də nümunə olsun. Bu baxımdan “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsini yüksək qiymətləndirirəm”.
Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov isə bildirib ki, bu qanun layihəsi hüquqi zərurətdən daha çox mənəvi zərurətdən meydana çıxıb.
R.Cəbrayılovun fikrincə, qanun layihəsinin qəbul olunması Azərbaycan parlamentinə əlavə mənəvi dvidentlər gətirəcək:
“Bununla Milli Məclis etik davranış qaydalarına riayət edilməsi məsələsini deputatların da üzərinə bir vəzifə olaraq qoyur. Bəzən insanlar xarici ölkələrin parlamentlərində deputatların əlbəyaxa olmasını, bir-birinə qarşı nalayiq ifadələr işlətməsini yalnış olaraq elə təsəvvür edirlər ki, bu müzakirələr zamanı yol verilən bir haldır. Bu, düzgün deyil. Konstitusiyanın 91-ci maddəsində yazılır ki, deputat müzakirələr zamanı söylədiyi fikirə görə məsuliyyət daşımır.
Bəzi insanlar bunu yalnış anlayır. Düşünürlər ki, deputat söylədiyi heç bir fikirə görə məsuliyyət daşımır. Bəziləri elə düşünür ki, deputat insan hüquq və azadlıqlarını poza bilər. Bunlar yalnışdır. Parlamentin belə bir qanun layihəsini qəbul etməsi böyük bir hüquqi maarifləndirmə işi olacaq. İnsanlar görəcək ki, deputatlar da etik davranış qaydalarına riayət etməli və digərlərinə nümunə olmalıdır. Belə bir qanun layihəsinin müzakirə olunmasını dəstəkləyirəm. Azərbaycan parlamentinin bu qanunu qəbul etməsi mənəvi dvidentlər gətirəcək”.
Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev də sözügedən qanun layihəsini dəstəklədiyini deyib.

AzVision

Şərhlər

XƏBƏR LENTİ