SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » "Baku Medical Plaza"da az qalsın rəfiqəmi öldürürdülər - Elnarə

"Baku Medical Plaza"da az qalsın rəfiqəmi öldürürdülər - Elnarə

Tarix:

2-05-2019, 12:43

/ 1 588 dəfə oxundu.
"Baku Medical Plaza"da az qalsın rəfiqəmi öldürürdülər - Elnarə

Bu cür xəstəxanaların lisenziyası əllərindən alınmalıdır və birmənalı bağlanmalıdır. Adam öldürdüklərinə görə hələ bir 35 min manat pul da alırlar".

Bu sözləri müğənni Elnarə Xəlilova İnstaqram səhifəsində yazıb. Sənətçi Bakıda "Baku Medical Plaza"da səhv diaqnozla müalicə edilən və vəziyyəti pisləşən 40 yaşlı müəllim haqda yazıb. İfaçı xəstəxanalarda insanlara səhv müalicə edilməsini qınayıb:

"Mənim bir rəfiqəmi də az qalmışdı bu klinikada öldürsünlər. O da ana olmağa gəlmişdi. Qanı 1 müsbət olana, mənfi 4 qan qrupu çıxarmışdılar, Allahsızlar. Təsəvvür belə etmək istəmirəm, əgər ona orada qan vurulsaydı, nələr ola bilərdi.

Yazıqlar olsun! Ar olsun belə həkimlərə harada var. Adamı şikəst eləməkləri azmış kimi, hələ bir pul da istəyirlər. Məhkəməyə verib 117 min almaq lazımdı bunlardan".

Qeyd edək ki, 40 yaşlı qadın ana olmaq üçün "Baku Medical Plaza"ya gedib. Onun uşağını dünyaya gətirdikdən 12 gün sonra halı pisləşib. Korbağırsağında problem olan qadına başqa diaqnoz qoyulub və müalicə aparılıb. Nəticədə onun halı daha da pisləşib.

Şərhlər

XƏBƏR LENTİ