"Baku Medical Plaza"dan uşaq ölümünü ictimailəşdirən jurnalistə — QEYRİ-ADİ TƏZYİQ
Baku Medical Plaza"da beş aylıq uşağın ölümünü ictimailəşdirən jurnalist Fəxriyyə Eyyubzadəyə təzyiq edilir.
Bu barədə "Ölkə.Az"a F.Eyyubzadə özü məlumat verib. Onun sözlərinə görə, dünəndən bir neçə dəfə klinika nümayəndələri ona zəng vuraraq, yazını saytdan çıxarmağı tələb edirlər:
"Bildirdim ki, məhkəməyə müraciət etmək sizin haqqınızdır. Amma yenə də bir neçə dəfə zəng etdilər. Mən həmin görüntünü təsadüfən çəkmişəm. Bu klinikaya analiz vermişdim və 194 manat ödəmişdim. İndi analizlərin cavabını da ala bilmirəm. Deyirlər ki, yazını çıxarmadığına görə cavabları ala bilməyəcəksən. Halbuki 194 manat ödəmişəm".
Qeyd edək ki, "Baku Medical Plaza" ölən beş aylıq uşağın nənəsi Sona İsmayıl qızı Mustafayeva bildirib ki, qızdırma səbəbiylə uşağı sözügedən klinikaya gətiriblər. Əvvəlcə 500 manat depozit, ardınca daha 2000 manat ödəyiblər. Daha sonra valideynlərə bildiriblər ki, uşaq komaya düşüb və dünyasını dəyişib: "İndi də bizə deyirlər ki, 10 min manat ödəyin, meyidi sizə təhvil verək”. 


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?