yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Evin havasını təmizləyən bitkilər: siz də saxlayın

Evin havasını təmizləyən bitkilər: siz də saxlayın
26-12-2017, 14:43 172 dəfə baxılıb

Bəzi bitkiləri evin havasını karbon monoksit kimi zərərli maddələrdən təmizləyərək yeniləyir. Qulluğu və yetişdirilməsi çox asan olan bu bitkilər haqqında məlumatı təqdim edirik.

Chrysanthemum

Ana vətəni Uzaq Şərq olan xrizantem rəngarəng çiçəkləriylə payızı rəngləndirən nadir bitkilərdən biridir. NASA-nın apardığı araşdırmalara görə, havanı təmizləmə təsiri də çox böyükdür. Evin içində yetişdirilən xrizantem evinizin havasını təmizləməyə kömək olacaq. Birbaşa günəş işığı almayan, ilıq bir mühitdə asanlıqla yetişdirilə bilər.

Chlorophytum comosum

Yetişdirilməsi asan olan çiçəklərdən biridir! İncə uzun, iti yarpaqları asanca böyüyür və arada-sırada uzandığı üçün budaqlardan da kiçik pöhrələr verir. Bu çiçəyi bol işıqlı bir yerdə yetişdirə bilərsiniz. İşıq nə qədər qüvvətlidirsə, gülünüz o qədər yaxşı inkişaf edəcək.

Draceana

Az qala qırx fərqli növü olan tropik bir bitki olan draceana evlərdə ən çox seçim edilən bitkilərdən biridir. Gur işığa ehtiyac duymur, evin havasındaki benzol, formaldehid kimi zərərli maddələri təmizləməyə kömək olar. Ancaq yarpaqları zəhərli olduğu üçün evdə pişik və it varsa, bu, sizin üçün uyğun bir bitki olmaya bilər.

Ficus – Benjamin

Kiçik yarpaqlı bir ağac olan ficus qonaq otaqları üçün ideal seçimdir. Nə qədər böyük bir saxsıya qoysanız, o qədər böyük bir ağac olar. Yay aylarında çöldə da saxlanan bu ağaclar evinizin içində evin havasını təmizləməyə kömək olar.

Spathiphyllum

Zərif ağ çiçəkləriylə evdə yetişdirilməyə ən uyğun olan bitkilərdən biridir. Qulluğu asan, az qala yay boyu çiçəkli və rahat bir ev üçün faydalıdır.

Nephrolepis

Bol su sevən bu bitki əslində bir növ meşə bitkisidir. Evinizdə birbaşa günəş almayan yerlərdə belə, yetişdirilə bilər. Həddindən artıq isti və ya soyuqdan qorunduğu təqdirdə uzun illər salonunuzu bəzəyər.

Sansevieria

Evlərdə görməyə vərdiş etdiyimiz bitki növlərindən biridir. “Peyğəmbər qılıncı” kimi də tanınır. Qulluğu asandır, çox işıq və su istəmir. Üstəlik, bir əfsanəyə görə, bu çiçəkdən yetişdirsəniz və boyunu bir metr qədər uzatsanız, ev sahibi olarsınız. Bu, doğru deyilsə belə, evinizin havasını təmizləməsi bir həqiqətdir.

Bamboo Palm

Daxili məkana uyğun, qəşəng bir mini-ağacdır. Çox günəşə məruz qalmadıqca uzun illər yaşaya bilər.

Aloe vera

Adını daha çox kosmetik məhsullarla eşidirsiniz. Aloe vera evdə yetişdirmək üçün də çox uyğun bir bitkidir. Yetişdirilməsi çox asandır. Havadakı formaldehit və karbon monoksidin zərərli təsirlərini azaldır. Üstəlik, yarpaqlardan əldə edəcəyiniz mayenin yara və yanıqlara çox yaxşı təsir etdiyi də sübut olunub.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: havasini, saxlayin, siz, bitkiler, Evin, temizleyen, de
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ