Evdəki gülün gec solması üçün bunları edin – 9 QAYDA
Masanın üzərindəki bir dəstə gül hansımızı xoşbəxt etmir ki? Onlara baxanda, ətrini qoxlayanda özümüzü gözəl hiss edirik. Heyf ki, həmin güllər tez xarab olaraq solurlar. Amma verəcəyimiz məsləhətlərə əməl etsəniz, güldanınızdakı güllərin ömrü bir xeyli uzanacaq.
1. Güllərinizi güldana qoymazdan əvvəl saplağının suyun içində qalacaq hissəsindən yarpaqları təmizləyin. Saplağın boyu mütləq güldandan uzun olsun.
2. Gülün ehtiyac duyduğu suyu ala bilməsi üçün güldanın ən az dörddə üçünü su ilə doldurun. Amma bu su nə çox isti, nə də çox soyuq olsun. Suyu hər gün dəyişdirin. Əks halda gülünüz ona lazım olan qida maddələrini həmin sudan ala bilməz.
3. Güllərin saplağını 2 gündən bir kəsin. Uclarında olan kif və yosunları bitki fırçası ilə təmizləyin.
4. Güldanı birbaşa günəş şüaları altına və külək tutan yerə qoymayın.
5. Solan gülləri güldandan çıxarın. Çünki digər canlı güllərin də solmasına yol açar.
6. Güldana bir çay qaşığı şəkər tozu əlavə edərək güllərin daha uzun müddət tər qalmasına kömək edə bilərsiniz.
7. Sudakı mikroorqanizmlərin fəaliyyətini azaltmaq üçün suya əzilmiş aspirin ata bilərsiniz. Bu, güldanınızdakı bakteriyaları azaldar. Suya dəmir pul ataraq metal ionları sayəsində bakteriya fəaliyyətini azalda bilərsiniz. Ya da 1 yemək qaşığı alma sirkəsi də əlavə edə bilərsiniz. Sirkə bakteriyaların yaranmasının qarşısını alır.
8. Güldandakı 1 litr suya yarım çay qaşığı soda əlavə etsəniz, budağından qoparılan çiçəkləriniz daha uzun müddət qala bilər.
9. Çiçəklərin solmaması üçün az miqdarda saç spreyi sıxa bilərsiniz. Amma sprey sadəcə yarpaqların və tac yarpaqlarının alt tərəfindən sıxılmalıdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?