yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Öpüş və yataq səhnəsinə razıyam"

5-10-2017, 16:34 105 336 dəfə baxılıb
yüklənir...

Gənc aktrisa Natavan Əfəndiyeva PrimeTime.Az saytının "Tet-a-Tet" rubrikasının qonağıdır. Həmkarlarından fərqli olaraq komplekslərdən uzaq olan aktrisanın müsahibəsini təqdim edirik:
-Hər zaman cəsarətli fotosessiyalar etdirirsiniz. Gördüyünüz işlərə görə tənqid olunanda nə hiss edirsiniz?
-Tənqidləri çox sevirəm. Buna görə də işləyirəm. Fotoqraf Ratmirlə etdiyimiz çox açıq-saçıq fotosessiyamı təqdim edəcəyik. Sosial şəbəkələrdə yazılan rəylərə gəldikdə isə izləyicilərimə demək istəyirəm ki, yazdıqları bütün şərhləri tək mən yox bütün yaxınlarım oxuyur. Bu mənim üçün normal bir şeydir. Təhqir barədə deyə bilərəm ki, nə görəsən, nə də könlün bulansın. Onların hamısını görməzdən gəlirəm.

-"Don Marleoni" filmindən sonra hansısa təkliflər var?
-Maraqlı rol təklif olunsa, növbəti filmə çəkilməyə razılıq verəcəyəm.

-Arzuladığınız hansısa obraz varmı?
-Əslində iki obrazı canlandırmaq istəyirəm. Onlardan biri narkoman qız, digəri isə psixoloji problemləri olan şəxsdir. Bunlar mənim üçün çox maraqlıdır.

-Natavanın real həyatda psixoloji problemləri varmı?
-Yox, qətiyyən yoxdur (gülür). Belə bir şey ola bilməz.

-Görünüşünüz yerli aktrisalardan daha çox xaricilərə bənzəyir. Bunun sizə hansısa mənfi təsiri olub?
-Bir obraz var idi, onu canlandırmaq istəyirdim. Kənd qızı rolu idi. Rejissor mənə dedi ki, sən çox baxımlı və səliqəli olduğun üçün bu rola uyğun deyilsən. Üzüm avropalılara bənzədiyi üçün mənimlə işləmək çətindir. Mən həm də çox kaprizliyəm.

-Nə kimi kaprizləriniz var?
-Mən çəkiliş meydançasına gələn kimi mütləq isti çay və ya kofem hazır olmalıdır. Acmışamsa həmin dəqiqə yeməyim gəlməlidir. Daha sonra soyuqda çox qala bilmirəm.

-Sadaladıqlarınız daha çox Hollivud ulduzlarına məxsusdur.
-Xeyr, Hollivudsayağı deyil. Əgər mən çəkiliş zamanı maksimum gücümü sərf edib bacardığım performansı göstərirəm. Misal üçün "Don Marleone"də mənim kadrlarım 2, uzağı 4 dubla çəkilib. Ondan artıq olmayıb. Əgər mən tələb olunanı edirəmsə mənə qarşı da olunmalıdır.

-Natavan bahalı aktrisadır?
-Bəli, bahalı aktrisayam. Ən çox da problemi bununla yaşayırıq. Qonorar mənə uyğun olmadığına görə təklifləri qəbul etmirəm.

-Komediya janrına münasibətiniz necədir?
-Mənə ATV-də bir serialdan təklif gəlmişdi. Rejissora dedim ki, mən komediya oynamaq istəmirəm. Çünki özümü orda görmürəm. Daha sonra mənə uyğun ssenari yazılacağını bildirdirsələr də bunu etmədilər. Mənə dedilər ki, Natavan, yun kisəsini götür qaç. Təbii ki, bunu etmədim.

-Hansısa səhnələrə yox demisiniz?
-Mənim üçün olmaz deyə bir şey yoxdur. Bu tendensiyanı silib atıram. Çəkiliş meydançasından çıxıb, şəxsi həyatımda eyni şeyləri etmirəm ki... Bu kağız üzərində yazılmış bir roldur. Bu mənim həyatım deyil. Tendensiya olaraq mənim üçün heç bir qadağa yoxdur. Öpüş və yataq səhnəsinə razıyam, təki keyfiyyətli, professional iş olsun. Mən komplekssiz biriyəm.

-Xarici görünüşünüzdə bəyənmədiyiniz nədir?
-Özümü ideal insan sayıram. Balaca boyumu, yekə burnumu, arıq görüntümü ümumiyyətlə hər şeyimi bəyənirəm. Gözlərimin isə aşiqiyəm. Çoxu deyir ki, arıqsan kökəl. Xeyr, mənə belə xoşdur. Kökəlsəm özümü sevmərəm.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: sehnesine, ve, Opush, yataq, raziyam
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ