yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Mənzil bazarında son vəziyyət: - Evlər ucuzlaşıb, alıcı tapılmır

Mənzil bazarında son vəziyyət: - Evlər ucuzlaşıb, alıcı tapılmır
4-07-2017, 12:34 59 502 dəfə baxılıb
yüklənir...

Yay mövsümü ilə əlaqədar kirayə mənzillərin qiymətlərində ucuzlaşma hiss olunur.

Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. Onun sözlərinə görə, kirayə mənzillərin ucuzlaşması mövsüm üçün xarakterikdir.

“Kirayə bazarında tələbin əsas hissəsini qarşılayan tələbə kontingentidir. Onların bir hissəsi rayonlara qayıdıblar. Bir hissəsi, məsələn, birinci kursa gələndə özlərinə münasib mənzil tapa bilməyib və tələsik ev seçiblər. İndi dəyişmək üçün imkanlar yaranır və onların bəzi hissəsi də buna görə evlərini dəyişirlər. Belə şəraitdə təklif portfelinin həcmi artır. Tələb isə aşağı olduğu üçün qiymət azalması qaçılmazdır. Lakin paytaxtda elə kirayə evlər və mənzillər var ki, onların qiyməti dəyişmir. Çünki müvafiq kontingent üçün yararsız olan evlərdir, ya qiymətləri çox bahadır, şəhər mərkəzinə yaxındır, ya da ölçüləri həddindən artıq böyükdür və tələbələr bu mənzillərə getmirlər. Həmin mənzillərin qiyməti mövsümdə dəyişmir”.

R.Osmanlı qeyd edib ki, kirayə mənzil bazarında 15-20 faiz ucuzlaşma müşahidə edilir, amma bu qısa müddətlidir. “Hesab edirəm ki, iyulun sonu, avqustun əvvəllərindən başlayaraq qiymətlər stabilləşəcək və yenidən artmağa doğru dəyişəcək. Məsələn, mikrorayon ərazisində 1 otaqlı mənzillərin qiyməti mövsüm vaxtı 250-300 manat idisə, indi 200 manata belə mənzil tapmaq mümkündür. Yasamal rayonu ərazisində, İnşaatçılar metrosu yaxınlığında 1 otaqlı mənzillərin qiyməti təxminən 250 manatdan başlayırdısa, indi 150 manata kirayə mənzil tapmaq olar. Əhmədli, Neftçilər metrosu ətrafında kirayə mənzillərin qiymətləri 200 manatdan başlayır. Mərkəzə yaxın yerlərdə 1 otaqlı kirayə mənzillərin qiyməti bu gün 200 manatdır”.

Əmlak eksperti bildirib ki, daşınmaz əmlakın alqı-satqı əməliyyatları xeyli azalıb, ciddi geriləmə müşahidə edilir.

“İpoteka kreditləri hesabına vəziyyəti qorumaq mümkündür. Daşınmaz əmlak bazarında mənzillərin ucuzlaşması baş verir. Bu ucuzlaşmalar dinamik xarakterli deyil və böyük faizlərlə ölçülmür. Xüsusilə köhnə mənzillərdə təqribən aylıq 2-3 faiz qiymətlərin ucuzlaşması müşahidə edilir. Bu da ümumi makroiqtisadi amillərin bazara təsiri nəticəsində yaranmış qeyri stabil vəziyyətlə bağlıdır. Alıcı qıtlığı var, bir tərəfdən də maliyyə bazarlarında baş verən vəziyyətin buna təsiri müşahidə edilir. Bank əməliyyatlarının həcminin azalması bazara ciddi təsir edir. Nəticədə böyük pulların oynadığı daşınmaz əmlak bazarında durğunluq yaranır. Azərbaycanın yerləşdiyi coğrafiyada ciddi maliyyə böhranları olacaqsa, daşınmaz əmlak bazarında qiymət azalmaları davamlı olacaq. Digər tərəfdən neftin qiymətinin də buna təsiri var. Düşünürəm ki, yaxın dövrlərdə, ən azı 1 ildə vəziyyətin müsbətə doğru dəyişməsi üçün iqtisadi əsaslandırma mövcud deyil”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Evler, ucuzlashib, , Menzil, bazarinda, alici, son, veziyyet, tapilmir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ