Tələbə yox, turist yox, Bakıda kirayə evlər niyə ucuzlaşmır?
Son illər Azərbaycanda evlərin qiymətində davamlı artım müşahidə olunur. Pandemiyanın iqtisadiyyata, turizmə və digər sahələrə mənfi təsir göstərdiyi kimi, mənzil bazarını vuracağı da ehtimal edilirdi. Lakin müşahidələrə əsasən, kirayə evlərin qiymətində heç bir azalmanın olmadığını deyə bilərik.
Maraqlıdır, kirayə evlərin ucuzlaşmama səbəbi nədir?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Yenisabah.az-a açıqlamasında bildirib ki, mərkəz hissələrdə qiymətlərin dəyişməsi, adətən, bazardakı ümumi vəziyyətdən asılı olmur:
“Burada biz daha çox gündəlik kirayə evlərin bahalaşmasını müşahidə edə bilərik. Kirayə bazarında əsas hissəni təşkil edən mənzillər və yaxud fərdi yaşayış evləri daha çox mərkəzə yaxın və mərkəzdən kənar olan ucuz evlərdir ki, onların qiymətlərində hazırda hər hansı artım müşahidə olunmur.
Qarşıdakı dövrdə isə təbii ki, bazarda müraciətlərin sayında kəskin artım müşahidə olunsa, qiymət də artacaq, bu, qaçılmazdır. Pandemiyadan sonrakı dövrdə tədris müəssisələrinin fəaliyyəti bərpa olunarsa, bu, mütləq ki, qiymət artımına gətirib çıxaracaq. Amma qeyd etdiyim kimi, hələki biz kirayə mənzil bazarında ciddi bir dəyişiklik müşahidə etməmişik. Əksinə ötən dövrlərdə baş verən istər iqtisadi proseslər, istər inzibati tədbirlərlə əlaqədar olaraq biz kirayə mənzillərin qiymətində müəyyən ucuzlaşma meylləri müşahidə etmişik”.
Ramil Osmanlı diqqətə çatdırıb ki, qiymət artımı daha çox kirayə bağ sahələrində baş verib:
“Bunun da səbəbi məlumdur, insanlar hazırda bağ evinə üstünlük verirlər. Bu, hazırda alqı-satqı əməliyyatlarında da özünü göstərməkdədir. İnsanlar yaşayış yeri seçərkən fərdi yaşayış evlərinə daha çox üstünlük verirlər. İndiki psixoloji şərait bunu diqtə edir. Qarşıdakı dövrlərdə təbii ki, bu proses dəyişəcək, amma hələ ki bunu müşahidə edirik”.
Ekspert vuğulayıb ki, Nərimanov, Gənclik, İnşaatçılar kimi ərazilərə axın, tələbat həmişə böyük olub. Lakin qiymətlərin ucuzlaşmama səbəbi bununla əlaqədar deyil:
“Karantin rejimi qiymətlərdə azalmaya gətirib çıxarmalı idi. Lakin bu ərazilərdə heç bir azalma müşahidə olunmadı. Bunun da əsas səbəbi kirayə verənlərlə kirayə götürənlərin bir çoxu arasında pandemiya ilə əlaqədar olaraq qarşılıqlı razılaşmanın əldə olunmasıdır. Bu razılaşma indiki şəraitdə kirayə mənzillərin kütləvi şəkildə boşalmasının qarşısını aldı. Nəticədə təklif artmadı. İllərdir ki, bazarda təklifin məhdudlaşması prosesi davam edir. Bu Sovetski, “Kubinka”, Bayıl kimi ərazilərdə söküntülərin, şəhərsalma prosesinin sürətlənməsi hesabına olur. Qarşıdakı dövrlərdə vəziyyətin necə olacağını demək isə hələlik tez və çətindir. Bu prosesləri tam şəkildə təhlil etmək növbəti ilin əvvəlində mümkün olacaq”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır